Accessibility links

Azadlıq qəzeti 31 il əvvəl çapa başlayıb - indi bağlıdır


Bu gün, dekabrın 24-də Azərbaycanın müstəqillik dövrününün ilk müstəqil qəzeti “Azadlıq” qəzetinin ilk nömrəsinin çapından 31 il keçir.

İlk nömrəsi 1989-cu il dekabrın 24-də Nəcəf Nəcəfovun redaktorluğu ilə çap olunan “Azadlıq” qəzeti tez bir zamanda ölkədə sovet mətbuatının yalançı simasını ifşa edib. Sovet rəhbərləri barədə dərc edilən tənqidi məqalələr insanların rejimə qarşı mübarizə əhval-ruhiyyəsini daha da artırıb.

Azadlıq qəzetinin 31 yaşında
Azadlıq qəzetinin 31 yaşında

Sovet dönəmində senzura bir çox ifşaedici məqalələrin çapını qadağan edib, qəzetin səhifəsindən çıxarıb, bu səbəbdən bəzən qəzetin bir səhifəsi senzuraya etiraz olaraq ağ buraxılıb. Nəşrin baş redaktoru daxil olmaqla jurnalistlər bir qayda olaraq təqib və təzyiqlərə məruz qalıb.

Müstəqillik dövründə də təzyiqlər qəzetdən və əməkdaşlarından yan keçməyib. Qəzetin baş redaktoru, onun müavinləri həbs edilib. Bir çox jurnalistlər naməlum şəxslər və ya qurumlar tərəfindən oğurlanaraq işgəncələrə məruz qalıb.

Nəhayət, 2016-cı ilin sentyabrın 5-də qəzetin çapı dayandırılıb.

“Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, hazırda qəzetin sayt variantı fəaliyyətdədir, o da qənaətbəxş şəkildə işləmir.

Rövşən Hacıyev
Rövşən Hacıyev

“Çünki qəzet bağlanandan sonra əməkdaşlar maliyyə problemi üzündən dağıldılar. Hazırda qəzetin əməkdaşları qalmayıb. Yalnız xaricə mühacirətə getmiş bəzi əməkdaşlarımızın sayəsində saytda yenilənmələr olur,” o qeyd edib.

Redaktorun sözlərinə görə, qəzet daim təzyiqlər altında olub.

Qəzetin çoxsaylı əməkdaşları təzyiqlər nəticəsində mühacirətə gedib. Əməkdaşları oğurlanaraq işgəncələrə məruz qalıb. Həbs edilənlər olub. Qəzetin baş redaktoru Qənimət Zahid, onun qardaşı Mirzə Sakit həbsdə olub. Qəzetlə əməkdaşlıq edən Elçin İsmayıllı indi də həbsdədir. Bir qədər əvvəl qəzetin əməkdaşı Ziya həbsdən azad edilib. Məşhur “Zeytun bağları” reportajına görə müxbir Aqil Xəlil təqib və təzyiqlərə məruz qalıb.

“Bu və ya digər şəkildə qəzetin təzyiqlə üzləşməyən əməkdaşı olmayıb. Qəzetin çoxsaylı əməkdaşları təzyiqlər nəticəsində mühacirətə gedib. Əməkdaşları oğurlanaraq işgəncələrə məruz qalıb. Həbs edilənlər olub. Qəzetin baş redaktoru Qənimət Zahid, onun qardaşı Mirzə Sakit həbsdə olub. Qəzetlə əməkdaşlıq edən Elçin İsmayıllı indi də həbsdədir. Bir qədər əvvəl qəzetin əməkdaşı Ziya həbsdən azad edilib. Məşhur “Zeytun bağları” reportajına görə, müxbir Aqil Xəlil təqib və təzyiqlərə məruz qalıb. Oğurlanıb, istintaqa cəlb edilib və nəhayət məcbur olub mühacirətə gedib. Qəzetin əməkdaşı Fikrət Hüseynli oğurlanıb, təzyiqlərlə üzləşib, bıçaqlanıb, nəhayət mühacirətə gedib. Müxbir Ramin Deko oğurlanmışdı. Seymur Həzi oğurlanıb döyülmüşdü, sonra həbsə məhkum edildi. Bundan başqa Bahəddin Həziyev təzyiqlərlə üzləşmişdi, oğurlanıb ayaqlarının üzərindən avtomobil sürülüb. Bir sözlə təzyiqlərlə üzləşməyən qəzet əməkdaşı demək olar ki, olmayıb. Bu gün baş redaktor Qənimət Zahid, baş redaktorun birinci müavini Rahim Hacıyev, baş redaktorun müavini Alı Rza, jurnalistlər Xəyal Babayev, Könül Babayeva, Aqil Xəlil, Mirzə Sakit, Fikrət Hüseynli, qəzetin fotoqrafı Tariyel Zahidov və başqaları mühacirət həyatı yaşayır,” Hacıyev qeyd edib.

Qəzet bütün dövrlərdə ölkədə ən çox tirajla nəşr olunan çap mediası olub.

“Buna baxmayaraq QASİD dövlət firması qəzetin satışından əldə edilən vəsaiti qəzetin redaksiyasına köçürməkdən imtina etdi və bu gün də borclarını qaytarmır,” redaktor deyib.

Rövşən Hacıyev indiki dövrdə qəzetin çap versiyasının bərpasını mümkün saymır.

“Ölkədə azad sözə, tənqidi fikrə münasibt hamıya bəllidir. İnanmıram ki, “Azadlq” qəzetinin çap versiyasının bərpasını siyasi rejim sinirə bilsin. Hesab edirəm ki, nə qəzetin çapına, nə də əməkdaşların toplanmasına bizim bəlli vəsaitimiz yoxdur, nə də hakimiyyət buna hazır deyil,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG