Accessibility links

Azadlıq qəzetinin əməkdaşı barəsində iltizam tədbiri seçilib


Təzəxan Mirələmli
Təzəxan Mirələmli

.Jurnalist ona qarşı olan ittihamları qəbul etmir

Azadlıq qəzetinin əməkdaşı Təzəxan Mirələmli barəsində "başqa yerə getməmək" iltizam tədbiri seçilib.

Bu barədə jurnalist Amerikanın Səsinə bildirib.

“Xətai rayon Polis Idarəsindən çıxdım. Fakt üzrə CM-nin 221.1-ci maddəsi ilə açılmış cinayət işi üzrə təqsirləndirilmiş şəxs qismində cəlb olundum. Barəmdə müstəntiq Cahid Musayev tərəfindən "başqa yerə getməmək" iltizam tədbiri seçilib.”

Təzəxan Mirələmli bildirib ki, protokolla və ekspertiza rəyi ilə razılaşmır. “Etirazımı bildirdim. Özümü təqsirli bilmirəm” deyə, o bildirib.

Rəsmi qurumlar Mirələmlinin polisə dəvəti ilə bağlı hələ şərh verməyib.

Bu il martın əvvəlində "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirəmliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açıldığı bildirilir.

Ona qarşı cinayət işininin özünü video bloqer kimi təqdim edən Ata Abdullayevin verdiyi şikayəti əsasında açıldığı bildirilir. T.Mirələmli cinayət işinin əsassız açıldığını açıqlayıb. Amma onun bu açıqlamasına rəsmi qurumlardan hələlik münasibət almaq mümkün olmayıb.

Ata Abdullayev isə iddia edib ki, Təzəxan Mirələmli ona hücum çəkib.

"Dünyadakı hökumətlərin və cəmiyyətlərin diqqəti koronavirus pandemiyasına qarşı mübarizəyə yönəlsə də, Azərbaycanda siyasi müxalifətə və hökumətin digər tənqidçilərinə qarşı repressiyalar davam edir. Bu mənada Azərbaycan siyasi əleyhdarlarını cəzalandırmaq üçün pandemiyadan istifadə edən 2-3 çirkin rejimin sırasındadır", Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) bəyanatında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG