Accessibility links

"Azadlıq" qəzetinin müxbirinin həbsi istənilir


"Azadlıq" qəzetinin müxbirinin həbsi istənilir
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Avqustun 14-də Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin reportyoru Təzəxan Mirələmlinin şikayəti əsasında məhkəmə iclası keçirilib. Özünü videobloqer kimi təqdim edən Ata Abdullayev “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin azadlığının məhdudlaşdırılmasını istəyir. O, jurnalistin həbs olunması üçün apellyasiya şikayəti verib. Məhkəmə iclası T.Mirələmlinin apellyasiya şikayəti əsasında keçirilib. Jurnalist Xətai rayon Məhkəməsinin onun 1 il azadlığının məhdudlaşdırılması haqda hökmüylə razılaşmır, bəraət istəyir. T.Mirələmli fevralın 26-da - Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Ana harayı" abidəsinin yaxınlığında A.Abdullayevi vurmaqla xuliqanlıq etməkdə suçlanır. Lakin o, özünü təqsirli bilmir. Deyir ki, Milli Şura üzvləri abidəni ziyarət edəndə o da həmin yerdə çəkiliş aparıb. Həmin vaxt A.Abdullayev çəkilişə mane olub, təhqiramiz ifadələr səsləndirib, təxribata çəkməyə çalışıb: "Mən ondan bu cür hərəkətlərə son qoymasını tələb etdim". T.Mirələmli həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. AXCP onun cinayət məsuliyyətinə cəlb edilməsini partiyaya qarşı repressiyaların davamı kimi qiymətləndirir. Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə cəzalandırılmadığını bildirir.

XS
SM
MD
LG