Accessibility links

Azadlıq Radiosu Belarusda digər bir müxbirinin həbsini qınayır


Azadlıq Radiosu Belarusda daha bir müxbirinin həbs olunmasını qınayır. Jurnalist Ales Daşçinskini Alexandr Lukaşenkonun müstəqil medyaya qarşı təzyiqlərini davam etdirdiri bir vaxt həbs olunub.

Daşçinskinin qohumları Azadlıq Radiosuna bildiriblər ki, iyulun 16-da polis onun Minskdəki mənzilində axtarış aparıb və kompüter, telefon, yaddaş diski, bir neçə flaş yaddaş kartını eləcə də bank kartlarını müsadirə etdikdən sonra jurnalist həbs olunub.

Ötən ilin avqusta ayında ölkədə keçirilən prezident seçkilərini saxtalaşdırdıqdan sonra Lukaşenko müxalifət və azad mediaya qarşı təzyiqləri artırıb.

Daşçinskinin həbs olunduğu günü polis və təhlükəsizlik qüvvələri Azadlıq Radiosunun Minskdəki ofisi və digər işçilərin evində də reyd keçirib.

Basqınlar nəticəsində keçən ilin oktyabr ayında Azadlıq Radiosunun akkreditasiyaları da ləğv olunan digər iki jurnalisti Alex Hruzdziloviç və İna Studzinskaya da saxlanılıb.

"Belarus xalqına xidmət edən jurnalistlərə qarşı davamlı hücumlar, ölkədə baş verənlərlə bağlı həqiqəti gizlətməyəcək. Alex və həmkarları dərhal sərbəst buraxılmalıdırlar" - deyə, Azadlıq Radiosunun Prezidenti Cami Flay bildirib.

Belarus rəsmiləri mübahisəli seçki səbəbi ilə baş verən kütləvi etiraz aksiyalarından sonra tənqidi və qeyri-hökümət media və insan haqları qurumlarını bağlamağa başlayıb.

Seçkilərdən sonra müxalifət lideri Svetlana Tixanovskaya da daxil olmaqla, bir çox müxalif fəal ölkədən çıxmaq məcburiyyətində qalıb, etirazlar zamanı isə minlərlə insan həbs olunub.

Səsvermənin nəticələrini tanımaqdan imtina edən qərb ölkələri 66 yaşlı Aleksandr Lukaşenkoya, onun ailə üzvlərinə və bir çox hökümət rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan və Ermənistanın birgə bəyanatı. ABŞ-Azərbaycan münasibətləri
please wait

No media source currently available

0:00 0:29:46 0:00
XS
SM
MD
LG