Accessibility links

AzadlıqRadiosu Azərbaycan ali məhkəməsinin Xədicə İsmayılovaya qarşı qərarını pisləyir


Avqustun 7-də Azərbaycan Ali Məhkəməsi Azərbaycan qanunlarını və hökumətin ABŞ da daxil olmaqla beynəlxalq müqavilə öhdəliklərini pozmaqla jurnalist Xədicə İsmayılovaya qarşı əsassız vergidən yayınma ittihamını qüvvədə saxlayıb. Bu bəyanatı Azadlıq Radiosunun prezidenti Ceymi Flay verib.

"Biz əlimizdə olan bütün səlahiyyətlərdən istifadə edərək Xədicəni müdafiə etməkdə davam edəcəyik. Belə ki, bu qondarma ittihamların əsasında onun cəsur araşdırmaçı jurnalist fəaliyyəti dayanır," Flay əlavə edib.

Bu qondarma ittihamların əsasında Xədicənin cəsur araşdırmaçı jurnalist fəaliyyəti dayanır.
Ceymi Flay, AzadlıqRadiosunun Prezidenti

AzadlıqRadiosunun prezidenti Azərbaycan hökumətini İsmayılovaya tətbiq edilən “səyahət qadağasını ləğv etməyə, əsassız vergi cərimələrini qaldırmağa, bank hesabını yenidən açmağa, öz normal həyatına davam etməyə və mühüm işini görməyə” imkan yaratmağa səsləyib.

AzadlıqRadisunun Azərbaycandakı fəaliyyəti uzun illər Xədicə İsmayılova ilə sıx bağlı olub. O, 2008-10-cu illərdə AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olub.

Daha sonra araşdırmaçı jurnalist fəaliyyətini genişləndirən İsmayılova Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinə bağlı korrupsiya əməllərini ifşa edib.

AzadlıqRadiosu 2012-ci ildə İsmayılova şantaj cəhdi ilə üzləşəndə onun üçün vəkil tutub. 2014-cü ildə İsmayılova Azərbaycanda həbs edildikdən sonra AzadlıqRadiosu onun azad olunması üçün ABŞ Konqresi və beynəlxalq QHT-lərə çağırışlar edib.

Jurnalist Xədicə İsmayılova Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinin korrupsiya əməlləri haqda araşdırmalarından sonra həbs olunmuşdu. Beynəlxalq təzyiqlər qarşısında azad edilməsinə baxmayaraq, Azərbaycan hökuməti ona qarşı səyahət qadağasını və digər məhdudiyyətləri qüvvədə saxlayır.
Jurnalist Xədicə İsmayılova Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinin korrupsiya əməlləri haqda araşdırmalarından sonra həbs olunmuşdu. Beynəlxalq təzyiqlər qarşısında azad edilməsinə baxmayaraq, Azərbaycan hökuməti ona qarşı səyahət qadağasını və digər məhdudiyyətləri qüvvədə saxlayır.

2016-ci ilin mayında azad edilməsinə baxmayaraq Xədicə ismayılovaya qarşı səyahət qadağası və başqa sanksiyalar hələ də qüvvədə qalır.

"Xədicənin rifahı və başqa sabiq Bakı əməkdaşlarımızın rifahı bizim hüquqi strategiyamızın mərkəzindədir və bizim Azərbaycan hökumətinin arbitrar və qisasçı əməllərinə qarşı müdafiə olunmaq üçün verdiyimiz dəstəyin müxtəlif formalarını diktə edib,” Flay bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG