Accessibility links

Kənan Kazımoğlu: Azadlıq Radiosu fəaliyyətini davam etdirəcək [Video]


Kənan Kazımoğlu ilə müsahibə
please wait

No media source currently available

0:00 0:10:30 0:00

Kənan Kazımoğlu ilə müsahibə

Dekabrın 26-da Azərbaycan rəsmiləri Azadlıq Radiosunun Bakı bürosuna reyd keçirib və idarəni möhürləyiblər. Bundan az sonra isə Azadlıq Radiosu əməkdaşları prokuror idarəsində dindirilib. Baş verənlər radionun tanınmış jurnalisti Xədicə İsmayılın həbsindən sonraya təsadüf edir. Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu Azadlıq Radiosu ətrafında baş verən hadisələri Amerikanın Səsinin Amerika İcmalı proqramında müzakirə edib.

Radioya qarşı baş verənlər tamamilə qanunsuz hərəkətlərdir və bu hərəkətlər Azərbaycan prokurorluğunun nümayəndələri tərəfindən həyata keçirilir.

“Radioya qarşı baş verənlər tamamilə qanunsuz hərəkətlərdir və bu hərəkətlər Azərbaycan prokurorluğunun nümayəndələri tərəfindən həyata keçirilir. Hadisələrin tam əvvəlindən bütün addımlar qanunsuz şəkildə atılıb. Radionun Bakı bürosuna basqın olub. Radionun əmlakı müsadirə olunub, radionun işçilərinə təzyiq göstərilib və radionun Bakı bürosunun qapısına möhür vurulub və faktiki olaraq onun fəaliyyəti iflic vəziyyətinə çatdırılıb. Radioya qarşı bu reydin hansı səbəbdən edilməsi heç bir formada izah edilməyib. Bizim vəkillər baş verənlərin səbəbinin izah edilməsini tələb etdilər, rəsmilər hər hansı bir sənəd verməkdən imtina etdilər.”

Bizim vəkil Yalçın İmanov prokurorluğa gələn kimi onun dərhal işdən kənarlaşdırıblar və ona deyiblər ki, "sən artıq bu işdə vəkil deyilsən, şahidsən." Faktiki olaraq bütün əməkdaşlarımız müdafiəsiz qalıb.

O, qeyd edib ki, Bakı ofisinə reyddən bir-iki gün sonra Azadlıq Radiosunun əməkdaşları kütləvi şəkildə prokurorluğa aparılıb və onlardan şahid ifadələri alınmasına cəhd göstərilib: “26 yaxın əməkdaşımızdan şahid ifadəsi alınıb. Və bütün bu proseslər vəkilsiz baş verib. Azərbaycan qanunvericiliyinə görə, vətəndaş prokurorluqda ifadə verdiyi zaman vəkillə təmin olunmalıdır. Bu, onun hüququdur. Lakin bizim vəkil Yalçın İmanov prokurorluğa gələn kimi onun dərhal işdən kənarlaşdırıblar və ona deyiblər ki, "sən artıq bu işdə vəkil deyilsən, şahidsən." Faktiki olaraq bütün əməkdaşlarımız müdafiəsiz qalıb. Onlardan bu ifadələrin hansı formada və şəraitdə alınması, bütün bu proses qanunsuz aparılıb.”.

Bildirmək istəyirəm ki, Azadlıq Radiosu öz işini heç bir halda dayandırmayıb, radio öz işini davam etdirir və davam etdirmək niyyətindədir. İstər Bakıda olsun, istər Praqa radionun işinin dayandırılması bizim planlarımıza daxil deyil.

O, rəsmi ittihamların hələ də aydın olmadığını və radioya rəsmi məlumatın verilmədiyini vurğulayıb: “Bizə hələ də bu ittihamların mahiyyəti aydın deyil, çünki bizə hələ radionun özünə rəsmi şəkildə məlumat bildirilməyib, hansısa mətbuata məlumat sızdırırlar, radioya qarşı absurd ittihamlar irəli sürürlər. Biz bu ittihamları tamamilə rədd edirik, biz baş verənləri tamamilə qanunsuz sayırıq, büronun bərpasınə və işinin normal fəaliyyətinin dərhal bərpasını tələb edirik. Bildirmək istəyirəm ki, Azadlıq Radiosu öz işini heç bir halda dayandırmayıb, radio öz işini davam etdirir və davam etdirmək niyyətindədir. İstər Bakıda olsun, istər Praqa radionun işinin dayandırılması bizim planlarımıza daxil deyil. Təbii bu proseslər radionun işinin normal axarına təsir göstərib. Lakin Azərbaycan xidməti artıq 60 ildir ki efirdədir, artıq Azərbaycandakı dinləyicilərinə xidmət göstərir və mən tam əminliklə bildirirəm ki, bu, davam edəcək.

Kənan Kazımoğlu radionun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib: “Bizim hal-hazırda ən böyük tələbimiz Azərbaycandakı əməkdaşlarımızın, Bakıdakı əməkdaşlarımızın təhlükəsizliyinə təminatdır. Çünki biz onların böyük təhlükədə olduğunu hiss edirik, onlara təzyiq var, onlara qarşı xof yaradılır. Müxtəlif istintaqlara çağırılmaqla onlara təzyiq edilir.”

Biz beynəlxalq ictimaiyyətə müraciət etmişik ki Azərbaycandakı jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün addımlar atsınlar. Diplomatik və siyasi addımlar atsınlar.

Kənan Kazımoğlu radionun əməkdaşlarının çoxunun Azərbaycan vətəndaşı olduğunu deyərək, Azərbaycan hökumətini onların təhlükəsizliyini təmin etməyə çağırıb: “Onların təhlükəsizliyinin təmin edilməsi Azərbaycan hökumətinin bilavasitə vəzifəsidir. Eyni zamanda, biz beynəlxalq ictimaiyyətə müraciət etmişik ki Azərbaycandakı jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün addımlar atsınlar. Diplomatik və siyasi addımlar atsınlar. Bu istiqamətdə işlər davam etdiririk. Bizdə olan məlumatlara görə bəzi təmaslar olub və biz ümid edirik ki, bu yaranmış vəziyyətin müəyyən mənada sakitləməsinə gətirib çıxaracaq. Əməkdaşlarımızın təhlükəsizliyi bizim üçün ən mühüm məsələdir.”

Kənan Kazımoğlu Azadlıq Radiosunun həbsdə olan jurnalisti Xədicə İsmayılla bağlı açıqlama verib: “Biz bilirsiniz ki, Xədicənin həbsini qanunsuz sayırıq, tək biz yox, bütün beynəlxalq ictimaiyyət. Bir çox beynəlxalq təşkilatlar Xədicənin həbsdən azad olması üçün beynəlxalq kampaniya aparır. Xədicə İsmayıl təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da tanınmış jurnalistdir. Ona qarşı həbs Azərbaycan hakimiyyəti tərəfindən qisasçılıq addımıdır və radio da bunu belə qiymətləndirir. Xədicənin son durumu ilə bağlı məlumat budur ki, əhval-ruhiyyəsi çox yüksəkdir. Bu yaxınlarda o, əməkdaşlara məktub göndərib və yeni ilimizi təbrik edib. Biz ümid edirik ki, Xədicə İsmayıla qarşı bu absurd ittihamlar geri götürüləcək və o tezliklə azadlığa çıxacaq. Təbii ki, biz onun sağlamlığı və durumu ilə bağlı narahatıq və bütün yollarla onun müdafiəsini təşkil etməyə çağırırıq.”

Bu, eyni bir dalğanın, eyni repressiya dalğasının tərkib hissəsidir. Təəssüf ki, hal-hazırda bu, baş verir. Azərbaycanın hansı istiqamətdə yol tutduğunu artıq düşünməyə əsas verir. Bu cür hadisələri biz Özbəkistanda da görmüşük, qonşu Türkmənistana da diqqət yetiririk, orada nə baş verib və ölkə hansı durumdadır.

Kənan Kazımoğlu Azadlıq Radiosuna qarşı təzyiqlərin motivlərini şərh edərək, Azərbaycanda son iki ildə yerli və xarici qeyri-hökumət təşkilatları, mətbuat qurumlarının hakimiyyətin təzyiqləri ilə qarşılaşdığını qeyd edib: “Azadlıq Radiosundan əvvəl Azərbaycanda ABŞ-ın IREX adlı media inkişafı təşkilatı fəaliyyəti dayandırdı. Onlara da oxşar basıqlar edilmişdi. Bundan başqa ABŞ-ın Milli Demokratiya İnstitutu ölkədən faktiki olaraq qovuldu. Ölkədə bir çox qeyri-hökumət təşkilatları bağlanıb, onların rəhbərləri həbsdədir. Ona görə də Azadlıq Radiosuna qarşı baş verənləri ayrıca bir kontesktdə müzakirə etmək mümkün deyil. Bu, eyni bir dalğanın, eyni repressiya dalğasının tərkib hissəsidir. Təəssüf ki, hal-hazırda bu, baş verir. Azərbaycanın hansı istiqamətdə yol tutduğunu artıq düşünməyə əsas verir. Bu cür hadisələri biz Özbəkistanda da görmüşük, qonşu Türkmənistana da diqqət yetiririk, orada nə baş verib və ölkə hansı durumdadır. Yaranmış vəziyyət Azərbaycana yaraşan bir vəziyyət deyil. Azərbaycanda mətbuatın, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin normal şərait yaradılmalıdır. Lakin bu gün bu yoxdur və təəssüf ki, bu basqılara Azadlıq Radiosu da, bizim jurnalistlərimiz də məruz qalıblar. Biz ümid edirik ki, vəziyyət dəyişəcək. Ümiddən başqa nə demək olar? Bu gün yaranmış vəziyyət o qədər də ürəkaçan deyil.”

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG