Accessibility links

Azadlıq qəzeti nəşrini dayandıra bilər


"Azadlıq" qəzetinin redaktor müavini Rahim Hacıyev
"Azadlıq" qəzetinin redaktor müavini Rahim Hacıyev

Buna səbəb nəşriyyatın böyük məbləğdə ödəniş edilməsini tələb etməsidir

“Azərbaycan” nəşriyyatının rəhbərliyi növbəti dəfə “Azadlıq” qəzetinə qarşı tələb qoyub.

Qəzetin baş redaktorunun birinci müavini Rəhim Hacıyev Amerikanın Səsinə bildirib ki, tələb “Azadlıq” qəzetinin nəşriyyata olan böyük məbləğdə borcunun ödənilməsi ilə bağlıdır.

“Borcun bir qisminin (10 min manat) ödənilməsi üçün qəzetə cəmi bir gün vaxt verilib. Vaxt bu gün saat 15.00-da bitir. Belə vəziyyətin yaranmasının başlıca günahkarı qəzetə böyük miqdarda borcu olan “Qasid” yayım firmasıdır. Firma “Azadlıq”a olan 40 min manatdan artıq borcunu ödəmədiyinə görə qəzet də nəşriyyata olan borcunu qaytara bilmir”, Hacıyev bildirib.

O deyib ki, dünən “Qasid”in rəhbəri ilə əlaqə saxlayıb. Bəlli olub ki, bu gün firma qəzetə uzaqbaşı min manat verə bilər.

R.Hacıyev nəşriyyatın birdən-birə “Azadlıq”dan bu dərəcədə böyük məbləğ ödəniş tələb etməsinin təəccüblü olduğunu deyir.

“Onlar yaxşı bilir ki, bizim bir gün ərzində belə böyük məbləği ödəmək üçün heç bir imkanımız yoxdur. Sanki qəzetin çapını dayandırmaq üçün bəhanə axtarırlar. Belə çıxır ki, ”Azadlıq"ın çapı bu gündən dayandırılacaq”.

R.Hacıyev qəzetin çapının dayandırılmasının siyasi sifariş olduğunu deyib. Onun fikrincə, bu prosesin tezləşməsinə dünən qəzetdə hakimiyyət əleyhinə bir materialın dərc edilməsi səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG