Accessibility links

Sərhədsiz Reportyorlar: "Azadlığ"ın yox olması Azərbaycanda söz azaldığı üçün dəhşətli nəticələr doğurar


Sərhədsiz Reportyorlar: Naxçıvanda jurnalistlərin təqibindən sarsılmışıq
Sərhədsiz Reportyorlar: Naxçıvanda jurnalistlərin təqibindən sarsılmışıq

Beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hökumətini mətbuata təzyiqlərə son qoymağa çağırır

“Sərhədsiz Reportyorlar" təşkilatı “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulması ilə bağlı bəyanat yayıb.

Sənəddə deyilir ki, bu qərar son aylar ərzində davamlı basqılara məruz qalan “Azadlıq” qəzetinə qarşı törədilən daha bir qanunsuzluqdur.

“Astronomik məhkəmə cərimələri və qəzet satışının düşünülmüş şəkildə məhdudlaşdırılması bu qəzeti onsuz da ağır vəziyyətə salmışdı. Hesabın dondurulması isə qəzetə qarşı daha bir ağır zərbə deməkdir və onun mövcudluğunu şübhə altına salır. Şübhəsiz, məhkəmələrin də məqsədinin bu olduğu aşkar görünür”.

Təşkilat bildirir ki, Azərbaycanda müstəqil nəşrlər bir-birinin ardınca sıradan çıxarılır.

“Audiovizual KİV üzərində hakimiyyətin birmənalı nəzarəti mövcuddur. Bu baxımdan "Azadlığ"ın yox olması Azərbaycanda plüralizm və söz azaldığı üçün dəhşətli nəticələr doğurardı. Bunu, sadəcə olaraq, təsəvvür etmək belə mümkün deyil”.

Təşkilat xatırladır ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun iddiası üzrə çıxarılan qərara əsasən qəzetin bank hesabı dondurulub.

“Baxmayaraq ki, qəzet bundan daha bir həftə əvvəl bu qərardan şikayət verib. Bu halda qanunun tələbinə uyğun olaraq məhkəmə qərarının icrası dayandırılmalı idi. Lakin qanunun tələbinə əməl olunmayıb”.

Sərhədsiz Reportyorlar Azərbaycan hökumətindən mətbuata təzyiqlərə son qoymağa çağırır.

Azərbaycan söz azaldığı reytinq cədvəlində dünyadakı 179 ölkə arasında 162-ci yer tutur.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG