Accessibility links

AzadlıqRadiosunun iddiası üzrə hazırlıq iclası olub [Video]


Azadlıq Radiosunun iddiası üzrə hazırlıq iclası olub
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Azadlıq Radiosunun iddiası üzrə hazırlıq iclası olub

“Radionun mənfəəti olmadığından mənfəət vergisi ödəyicisi ola bilməz”

Avqustun 3-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyinin Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı iddiası üzrə hakim Elçin Məmmədovun sədrliyi ilə hazırlıq iclası olub. Məhkəmə baxışı avqustun 17-si saat 11.15-ə təyin edilib.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi

Vergilər Nazirliyini Xamis Seyranov təmsil edib.

Məhkəmədə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi, QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

İddiada AzadlıqRadiosu 2015-ci ilin yanvarından 2016-cı ilin martınadək aparılan yoxlama nəticəsində vergi orqanının tərtib etdiyi 10 mart 2016-cı il tarixli "Akt"ın etribarsız hesab ediməsi və həmin "Akt" əsasında çıxarılan 21 aprel 2016-cı il tarixli qərarın ləğv edilməsi istənilir. AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyiüzrə keçirilmiş səyyar vergi yoxlaması nəticəsində nümayəndəliyə 131 540.86 manat məbləğində mənfəət vergisi hesablanıb.

“Akt”da radionun mənfəət vergisi ödəməməsi, işçilərin əmək haqlarının düzgün hesablanmaması, lisernziyasız fəaliyyət göstərməsi, işçilərin akreditasiya olunmaması qanun pozuntusu kimi qiymətləndirilib. AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyi “Akt”da yazılanlarla razılaşmır.

AzadlıqRadiosunun ofisi bağlanıb
AzadlıqRadiosunun ofisi bağlanıb

AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyinin ofisi 2014-cü ilin dekabrında qapadılıb. Bundan öncə radionun araşdırmaçı jurnalisti Xədicə İsmayılova həbs edilib. Bütün ittihamları rədd edən jurnalist bu il mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası ilə sərbəst buraxılıb. Xədicə İsmayılovanın kassasiya şikayəti üzrə Ali Məhkəmənin qərarına görə AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyi qanuni fəaliyyət göstərib, vəzifə səlahiyyətlərindən sui-istifadə halı olmayıb və Xədicə İsmayılova mənimsəmə ittihamı üzrə bəraət alıb.

Adil İsmayılov
Adil İsmayılov

Bu gün keçirilən hazırlıq iclasında AzadlıqRadisounun səlahiyyətli nümayəndəsi Adil İsmayılov bildirib ki, radionun Azərbaycan nümayəndəliyinin fəaliyyətinə dair yoxlama nəticəsində "Akt"ı Bakı şəhər Vergilər Departamenti tərtib edib və radiounun mənfəət vergisindən yayınması ilə bağlı qərar ləğv edilməlidir.

“AzadlıqRadiosunun nə mərkəzi ofisi, nə də Azərbaycan nümayəndəliyi mənfəət vegisinin ödəyicisi deyil. Çünki bu təşkilatların mənfəəti yoxdur. Bu barədə AzadlıqRadiosunun mərkəzi ofisi məhkəməyə sənəd təqdim edib. Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş qaydalara görə mənfəət yoxdursa mənfəət vergisi hesablana bilməz. Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalaramüvafiq hesablama aparsaq belə formula alınır: 0 (Mərkəzi ofisisn mənfəəti) x 0 (Azərbaycan nümayəndəliyinin mənfəəti)= 0 (mənfəət vergisi) alınır”, İsmayılov məhkəmənin diqqətinə çatdırıb.

Adil İsmayılov həmçinin bildirib ki, prokurorluq orqanları 2014-cü ilin dekabrında AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyinin ofisində axtarış aparıb və bütün sənədləri, o cümlədən, möhürü, ştampı götürüb və bu günə qədər geri qaytarmayıb.

XS
SM
MD
LG