Accessibility links

Azadlıq qəzetinin çapı dayana bilər [Audio]


"Azadlıq" qəzetinin redaktor müavini Rahim Hacıyev
"Azadlıq" qəzetinin redaktor müavini Rahim Hacıyev

“Siyasi və iqtisadi azadlıq olmayam ölkədə mətbuat azadlığı olmur” - deyə redaktorun müavini Rahim Hacıyev bildirb.

“Azadlıq” qəzeti sentyabrın 3-nə kimi “Azərbaycan” nəşriyyatına borcunu ödəməsə qəzetin fəaliyyəti dayana bilər. Bu barədə Amerikanın Səsi radiosuna müsahibəsində qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.

Rahim Hacıyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:05:54 0:00
Direct link

Onun sözlərinə görə, qəzetin nəşriyyata 14 min manat çap xərci, 11 min manat kommunal borcu var. “Bu durumun yaranmasının əsas səbəbi “Qasid” mətbuat yayım firmasının bizə 28 min manat borcunu ödəyə bilməməsidir”.
Bununla bağlı qəzet rəhbərliyi firma ilə danışıqları nəticəsiz qalıb. “Belə ki, son vaxtlar “Qasid” mətbuat yayım firmasının köşklərinin çoxu yığışdırıldığından firmada ağır maliyyə vəziyyəti yaranıb”.
R.Hacıyev mətbuat yayım sisteminin dağıdıldığını, “Qasid” firması köşklərinin yerinə qoyulan “Press köşk”lərin qəzet satışında maraqlı olmadığını vurğulayıb. Onun fikrincə, mətbuat yayım sisteminin belə dağıdılması iqtidarın bu sahədə atdığı addımların nəticəsidir. “Rəsmi qurumlar səyyar qəzet yayımına icazə vermir və bunu nəqliyyatın hərəkətinə mane olma ilə izah edir. Beləliklə, mətbuat yayım sistemi düşünülmüş şəkildə sıradan çıxarılır, tirajları, yayımı “Azadlıq” qəzeti ilə müqayisəyə gəlməz dərəcədə az olan qəzetlərə reklam verilir. bizim qəzetə isə reklam qadağası qoyulub”, - o qeyd edib.
Redaktor müavini 1998-ci ildən başlayaraq hökumətin məqsədli şəkildə azad medianın iqtisadi əsaslarını məhv etdiyini bildirib. “1998-ci ilədək “Azadlıq” qəzetinin yüzdən çox reklam tərəfdaşı var idi. Reklam tərəfdaşları sıradan çıxarıldı. Sonra isə yayım firmaları, əl ilə yayım xidmətləri ləğv edildi. İqtisadi azadlıq olmayan ölkədə siyasi azadlıq ola bilməz. Siyasi və iqtisadi azadlıq olmayan ölkədə isə mətbuat azadlığı olmur”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG