Accessibility links

“Azadlıq” qəzetinin əməkdaşı dünən oğurlanıb hədələndiyini bu gün isə döyüldüyünü deyir


“Azadlıq” qəzetinin əməkdaşı dünən oğurlanıb hədələndiyini bu gün isə döyüldüyünü deyir
“Azadlıq” qəzetinin əməkdaşı dünən oğurlanıb hədələndiyini bu gün isə döyüldüyünü deyir

Amerikanın səsi Bakıdakı əməkdaşı Tapdıq Fərhadoğlunun jurnalistin döyüldüyü barədə məlumat verməsindən sonra jurnalist Ramin Deko ilə telefon əlaqəsi saxlayaraq ondan müsahibə alıb. “Azadlıq” qəzetinin əməkdaşı Amerikanın səsinə verdiyi müsahibədə aprelin 3-də naməlum şəxslər tərəfindən oğurlandığını, Bakı kəndlərindən birinə aparıldığını və özünə başqa qəzetdə işləməyi barədə məsləhət verildiyini bildirib. O, sualımıza cavab olaraq özünü oğurlayan adamların üzlərini görsə də onları tanımadığını deyib. Ramin Dekonun sözlərinə görə onu oğurlayan şəxslər bir neçə saatdan sonra onu buraxıblar.

Jurnalistin dediyinə görə o aprelin 4-də işdən əvə gedəndə iki adamın hücumuna məruz qalıb. Naməlum şəxslərin hücumu zamanı yerə yıxılan jurnalist üzündən, belindən və ayağından zərbələr aldığını, onu döyənlərin bir tərəfdən də “Biz sənə məsləhətlər gördük bəs sən hələ axıllanmadın?” kimi sözlər dediklərini qeyd etdi. Bir qədər döyüldükdən sonra qaçdığını söyləyən jurnalist ağrıları davam etsə həkim müainəsindən keçəcəyini söylədi.

XS
SM
MD
LG