Accessibility links

AZAL Bakı-Nyu York-Bakı reysi ilə uçuşları dayandırır və “Boeing 737 MAX 8” təyyarələri almayacaq


Boeng 737 MAX

Şirkət 10 ədəd “Boeing 737 MAX 8” təyyarəsi almaqdan imtina edib

Azərbaycan “Boeing” şirkəti ilə 10 ədəd “Boeing 737 MAX 8” təyyarəsinin alınması haqqında bağlanmış müqaviləni ləğv edib.

Bu xəbəri "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidməti Amerikanın Səsinə təsdiq edib.

please wait

No media source currently available

0:00 0:02:55 0:00

“Məlum hadisələrdən sonra biz “Boeing 737 MAX 8” təyyarələrini almaqdan imtina etmişik və bu barədə “Boeing” şirkətinə məlumat verilib,” mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Amerikanın Səsinə bildirib.

2017-ci ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. "Azərbaycan Hava Yolları" sözügedən təyyarələrin operatoru olmalı idi. Müqavilənin ümumi dəyəri təxminən 1 mlrd. dollar təşkil edib. Müqavilə çərçivəsində təyyarələr Azərbaycana 3 il ərzində gətirilməli idi.

Son zamanlar “Boeing 737 MAX” təyyarələrinin Malaziya və Efiopiyada qəzaya uğraması nəticəsində bir sıra aviaşirkətlər bu təyyarələrdən istifadəni müvəqqəti dayandırıb.

AZAL Bakı-Nyu York-Bakı reysi ilə uçuşları dayandıracaq

AZAL eyni zamanda bu ilin oktyabrından Bakı-Nyu York-Bakı reysi ilə uçuşları dayandıracaq. Bu barədəki məlumatları da “AZAL”-ın mətbuat xidməti Amerikanın Səsinə təsdiq edib.

“Bakı-Nyu York-Bakı reysi ilə uçuşların dayandəırılması “Boeng-737 MAX 8” təyyarələrindən imtina ilə bir az əlaqəlidir. Biz daha proritet reyslər edəcəyik. Gözləyirdik müqaviləmiz əsasında “Boeing 737 MAX” təyyarələri gələcək və biz həmin təyyarələrdən proqramımıza uyğun olaraq istifadə edəcəyik.Təyyarələr gəlmədiyi üçün biz əvvəlcədən tərtib etdiyimiz prorqamımızı bir daha gözdən keçirmişik və daha rentabelli layihələri yerinə yetirəcəyik,” Kəsəmənski bildirib.

O bildirib ki, AZAL-ın 26 təyyarəsi var.

“Biz gözləyirdik kii, yeni təyyarələr gələndən sonra yeni marşrutlar açacağıq. Artıq bu baş vermədi. Bu səbəbdən bizim prorqama uyğun prioritetdə daha rentabelli reyslərdən imtina etmək istəmirik. Biz Nyu York reysindən imtina edirik ki, daha rentabelli reyslər yerinə yetirək. Yeni təyyarələr gələndən sonra, bizim park böyüyəndən sonra bu məsələyə yenidən baxılacaq,” o qeyd edib.

Mətbuat xidmətinin rəhbəri Bakı-Nyu York-Bakı reysinin rentabelli olmadığını təsdiq etməyib.

“Mən bu reysin rentabelli olmadığını demədim. Amma bundan daha rentabelli reyslər var ki, onu yerinə yetirəcəyik.”

Mətbuat xidmətinin rəhbəri daha rentabelli reyslər deyəndə Çin şəhərlərinə uçuşların nəzərdə tutulduğnu bildirib.

“Çin şəhərlərinə yeni reyslər həm aeroprtlardan xab kimi istifadə etməyə, həm də turistlərin cəlb edilməsinə imkan verəcək”, o qeyd edib.

Qubad İbadoğlu: AZAL-da köklü dəyişikliklərə ehtiyac var

İqtisad elmləri doktoru Qubad İbadoğlu Bakı-Nyu York – Bakı təyyarə reysinin dayandırılmasını səmərəli hesab etmir.

“AZAL rəsmiləri bunu təyyarə parkını artıra bilmədiklərinə görə, marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərarı ilə əsaslandırıb. Bu isə o deməkdir ki, Bakıdan Nyu Yorka uçuş gəlirli olmayıb. Əslində mən bunun gerçəkliyinə şübhə ilə yanaşıram. Çünki, AZAL-ın uçuşlarına qiymətlər baha və eyni zamanda tələbat yüksək olaraq qalmaqdadır. Xüsusilə də yay aylarında bir tərəf üçün ən ucuz bilet 500 dollar, gediş-gəlişin qiyməti isə 1000 dollar ətrafındadır. Halbuki, Ukrayna Hava Yollar, Qatar Hava Yolları ilə bu marşrutu AZAL-la müqayisədə 2 dəfə ucuz qiymətə qət etmək mümkündür.

Bakı-Nyu-York-Bakı reysi Azərbaycanla ABŞ arasında yalnız nəqliyyat deyil, həm də siyasi-iqtisadi əlaqələr baxımından əhəmiyyət kəsb edir. Əslində bu iqtisadi deyil, siyasi layihə kimi fəaliyyətə başlamışdır. Bu gün onun dayanması da siyasi səbəblərlə bağlıdır.
Qubad İbadoğlu, iqtisadi elmləri doktoru

Bakı-Nyu-York-Bakı reysi Azərbaycanla ABŞ arasında yalnız nəqliyyat deyil, həm də siyasi-iqtisadi əlaqələr baxımından əhəmiyyət kəsb edir. Əslində bu iqtisadi deyil, siyasi layihə kimi fəaliyyətə başlamışdır. Bu gün onun dayanması da siyasi səbəblərlə bağlıdır. Hətta həqiqətən də AZAL bu marşrut üzrə uçuşu rentabelliyə görə dayandırırsa, şübhəsiz ki, rentabelliyin aşağı olması AZAL-ın idarəçiliyinin zəifliyi ilə əlaqədardır. Çünki, bu marşrut üzrə tarif siyasətinin düzgün qurulmamasına, xidmətin keyfiyyətinin aşağı olmasına görə bölgədən ABŞ-a gələnlər, eləcə də ABŞ-dan Azərbaycana gedənlər alternativ marşrutlara daha çox üstünlük verirlər.

Hesab edirəm ki, AZAL-da köklü dəyişikliklərə ehtiyac vardır. Bu dövlət konserni restrukturizasiya və özəlləşdirmə tədbirlərindən keçməlidir, əks təqdirdə on milyardlarla sərmayə "yeyən", müasir infrastruktura malik olan şirkət hələ bundan sonra da rentabelsiz işləyəcək və dövlət borclarının artımına xidmət edəcək.

ABŞ Səfirliyi: Birbaşa uçuşların həyata keçirilməsi üçün yeni imkanların yaranmasına ümid edirik

ABŞ-ın Azərbaycandakı Səfirliyindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, Azərbaycan və ABŞ 14 iyun 2016-cı ildə “Açıq Səma” Sazişini imzalayıb.

“Açıq Səma” Sazişi ikitərəfli aviasiya əlaqələrini liberallaşdırıb və hər iki ölkənin hava daşıyıcılarına istehlak tələbatını ödəmək üçün uçuşların planlaşdırlmasına icazə verib. Bütün hava daşıyıcıları iki ölkə arasında uçuşların tezliyi və təyinatı barədə öz biznes qərarlarını qəbul edir. ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələr dərinləşdiyindən aviasiya şirkətlərinin iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi üçün yeni imkanlarının yaranmasına ümid edirik,” ABŞ-ın Azərbaycandakı Səfirliyindən deyiblər..

Öz növbəsində “Boeng” şirkəti hələ AZAL-ın məlumatına münasibət bildirməyib.

XS
SM
MD
LG