Accessibility links

AZAL Boeing 737 MAX-8 təyyarəsinin qəzasından narahatdır


Boeng 737 MAX

Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyəti ilə Boeing korporasiyası arasında imzalanmış sazişə əsasən, 2019-cu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd Boeing 737 MAX-8 tipli təyyərə gətiriləcək.

Bu səbəbdən Boeing-737 MAX-8 təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı Boeing korporasiyası ilə sıx əlaqə saxlayır. Bu barədə AZAL-ın mətbuat xidmətinin məlumatında deyilir.

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes”ın prezidenti Kevin Makalister -12.11.2017
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes”ın prezidenti Kevin Makalister -12.11.2017

"Biz Boeing korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq," AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

Cahangir Əsgərov jurnalistlərə bildirib ki, “Boeing 737 MAX-8 hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilib - hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası - laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır.”

29 oktyabr 2018-ci ildə və 2019-cu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək Boeing 737 MAX-8 tipli təyyərələrin istismarını müvəqqəti dayandırdıqlarını bildirib.

XS
SM
MD
LG