Accessibility links

Azel.tv saytının redaktorunun məhkəməsi başlayıb


Əfqan Sadıqov
Əfqan Sadıqov

Bakı Ağır Cinayətlər Məhkəməsində Azel.tv saytının redaktoru Əfqan Sadıqovun işi üzrə hazırlıq iclası keçirilib.

Məhkəmə müdafiə tərəfin vəsatətlərini təmin etməyib və mahiyyəti üzrə dinləmələri sentyabrın 1-nə təyin edib.

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi rayon Məhkəməsi onun barəsində hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə 4 ay müddətinə həbs qətimakna tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 min manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər. Sadıqovanın sözlərinə görə, onun həyat yoldaşına qarşı təxribat törədilib.

Onun sözlərinə görə, Sakit Muradov hüquq-mühafizə orqanları ilə əlbir olaraq təxribatda iştirak edib. Dünən məhkəmədən sonra Sadıqova onu açıq-aşkar bunda ittiham edib. Amma Muradov istintaqın Sadıqovun Sumqayıt şəhər İcra Hakimiyyətinin məmurlarından pul tələb etməsi haqqında versiyasını təkrar edib.

Əfqan Sadıqov bu il mayın 13-də saxlanılıb.

İstintaqın bildirdiyinə görə, Əfqan Sadıqov Xəbərfakt.az nəşrinin redaktoru Sakit Muradov ilə birlikdə 10 min manat rüşvət alarkən cinayət başında saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Sadıqovun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs, Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG