Accessibility links

Azər Qasımlı: Əgər Azərbaycan Qazaxıstan yolu ilə gedirsə sonuc etibarı ilə eyni hadisələr baş verə bilər


Azər Qasımlı: Əgər Azərbaycan Qazaxıstan yolu ilə gedirsə sonuc etibarı ilə eyni hadisələr baş verə bilər
please wait

No media source currently available

0:00 0:04:35 0:00

Azər Qasımlı: Əgər Azərbaycan Qazaxıstan yolu ilə gedirsə sonuc etibarı ilə eyni hadisələr baş verə bilər

Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar köhnə qiymətlərin qaytarılmasına və hökumətin istefasına səbəb olub.

Buna baxmayaraq ölkə boyu mitinqçilər hökumət binalarını, hava limanlarını ələ keçirib. Daxili toqquşmalar zamanı onlarla insanın öldüyü, çoxsaylı insanın yaralanandığı bildirilir. İlkin rəsmi məlumatlara görə, on minədək adam həbs edilib.

Prezident Kasım-Jomart Tokayev bildirib ki, aksiyalar və ixtişaşlar xarici qüvvələr tərəfindən idarə olunub, lakin o, konkret ölkə adı çəkməyib. Tokayev ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Yanvarın 5-də Qazaxıstan hökumətinin çağırışı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti bu ölkəyə daxil olub. Qazaxıstana göndərilən KTMT kontingentinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələrinin daxil olduğu bildirilir.

Qazaxıstan böhranı Azərbaycanda müxtəlif cəhətlərdən izah edilir. Siyasi şərhçi Azər Qasımlı Qazaxıstan böhranının xarici faktor deyil daha çox daxili siyasətlə bağlı olduğunu bildirib.

“Mən hesab edirəm ki, bu böhrana yalnız daxili faktor səbəb olmuşdur. Daxili faktor olaraq da təbii ki, 10 illər ərzində bir elitanın, bir ailənin hakimiyyətdə olması və ölkə resurslarının məhz bu ailə tərəfindən bilavasitə istismar olunması, amma digər tərəfdən insanların gəlirlərinin elitanın, yaxud həmin ailənin gəlirlərindən olduqca aşağıda olması böhrana gətirib çıxarıb. Yəni sosial ədalətsizlik, təbii ki, insanların öz parlamentini seçmək imkanının olmaması, şəffaf demokratik seçkilərin keçirilməməsi, bələdiyyələrin olmaması, müstəqil məhkəmələrin olmaması insanları üsyan etməyə sövq edib.”

O, Qazaxıstan hadisələrinin Azərbaycan üçün ciddi mesaj olduğunu fikirləşir.

“İlk növbədə Azərbaycan xalqı açıq şəkildə gördü ki, əgər Azərbaycan elə Qazaxıstan yolu ilə gedirsə sonuc etibarı ilə bizdə də eyni hadisələr baş verə bilər. Onu da qeyd etmək lazımdır ki, eyni hadisələr baş verdiyi zaman burada məsələ insanların ölümü, kimlərinsə dükanlarının qırılması, dağıdılması, ümumən ölkənin maddi nöqteyi-nəzərdən itirməsi, o cümlədən də kimlərinsə həyatlarının itirilməsidir. Hətta biz faktiki olaraq müstəqilliyimizi də itirə bilərik. Gördüyümüz ondan ibarətdir ki, 30 il hakimiyyətdə olan siyasi elita diktatorlar öz xalqı ilə bacarmayanda xarici qüvvələrə üz tuturlar və xaricdən dəstək istəyirlər. Bununla da “kuklaya” çevrilmiş olurlar. Ölkə də öz müstəqiliyini faktiki itirmiş olur. Xaricdən asılı vəziyyətə gəlir. Hər kəs başa düşməlidir ki, eyni siyasət bundan sonra da yürüdülsə hansısa bir zamanda Azərbaycanın da başına eyni cür ssenari gələ bilər."

Azər Qasımlı hesab edir ki, Azərbaycanda olan bahalaşma Qazaxıstandakı kimi sosial-siyasi böhrana səbəb ola bilər.

“Yeddinci ildir ki, Azərbaycan xalqının sosial vəziyyəti durmadan daha da ağırlaşır. Təbii ki, proses bu cür davam edəcəksə heç kəsin gözləmədiyi bir anda Azərbaycanın hansısa bir regionunda eyni Qazaxıstanda olduğu kimi üsyana çıxa bilər. Üsyanı heç kim proqnozlaşdıra bilməz. Onu heç kəs proqnozlaşdıra bilməz. Amma təbii ki, üsyana çıxandan sonra artıq o bulanıq suda kimlərsə balıq tutmağa çalışacaq. Həm daxildə fərqli-fərqli qruplar, həmçinin kriminal qruplar da buradan yararlanmaq istəyəcək. Xarici qüvvələr bura təzyiq, təsir göstərməyə çalışacaq. Öz maraqlarını güdəcək. Bunların olmaması üçün aydın məsələdir ki, ölkədə iqtisadiyyat liberallaşmalıdır. Bütün monopolyalar aradan götürülməlidir. Elə bir sistem qurulmaldır ki, ölkə resurslarına hamının əlçatımı olsun. Hər kəs bu resurslardan istifadə etmək imkanını əldə etməlidir."

Xatırlatma

Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin ofisi bir həftə davam edən iğtişaşlardan sonra yanvarın 9-da bildirib ki, “ölkənin bütün bölgələrində vəziyyət sabitləşib”.

Tokayev yanvarın 7-də televiziya vasitəsilə çıxışı zamanı nümayişçiləri öldürmək üçün təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən atəş açmaq əmri verib.

Prezident administrasiyası yanvarın 9-da bildirib ki, bir həftə ərzində Qazaxıstan təhlükəsizlik qüvvələri 26 nümayişçini öldürüb, 5800 nəfəri həbs edib. Bəyanatda həbs olunanlar arasında “xeyli sayda xarici vətəndaşların” olduğu bildirilib.

İğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 18 əməkdaşı həyatını itirib.

Reuters xəbər agentliyi Qazaxıstanın Səhiyyə Nazirliyinə istinad edən Rusiyanın Sputnik agentliyinə istinadən yanvarın 9-da Qazaxıstanda son bir həftə ərzində baş verən iğtişaşlar nəticəsində ikisi uşaq olmaqla, ümumilikdə 164 nəfərin öldüyü haqda məlumat verir.

Səhiyyə nazirliyi Qazaxıstanın ən böyük şəhəri olan və ən şiddətli toqquşmaların baş verdiyi Almatıda 103 nəfərin öldüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG