Accessibility links

Azər Mehdiyev: Böhranın həlli deyil, pərdələnməsi istiqamətində addımlar atılır [Audio-Müsahibə]


İqtisadi Təşəbbüslərə Yardım Təşkilatının rəhbəri Azər Mehdiyev ilin birinci kvartalının başa çatmasından sonra Azərbaycanda iqtisadi böhranla bağlı Amerikanın Səsinin suallarını cavablandırıb.

please wait

No media source currently available

0:00 0:12:03 0:00

İqtisadçı ekspertin fikrincə, Azərbaycan 2015-ci ildə 2 devolvasiya yaşaması ilə valyutasının ciddi dəyərsizləşməsinə məruz qalıb. O bildirib ki, manatın devolvasiyası və büdcə gəlirlərinin azalması investisiya gəlirlərinin azalmasına gətirib çıxarıb.

Azər Mehdiyev Azərbaycanda ÜDM istehsalının 3.5 faiz azalmasının qeydə alındığını deyib.

Ekspertin fikrincə, ölkəyə neft gəlirlərinin daxil olmasından bəri bu, ilk belə azalmadır.

“Azalma həm neft, həm də qeyri-neft sektorunu əhatə edir. Sənaye sahəsində də ciddi azalma müşahidə edilir....Ölkəyə məhsul idxalında da ciddi azalmalar var... İlin birinci rübünün yekunları manatın məzənnəsi ilə bağlı ciddi təzyiqlər formalaşdırır”-deyə Azər Mehdiyev bildirib.

Böhran dövründə əhalinin sosial durumunun dövlət büdcəsi tərəfindən müdafiəsinə gəlincə ekspert bu sahədə iki istiqamətdə işlərin aparılmasının vacibliyini vurğulayıb.

Azalma həm neft, həm də qeyri-neft sektorunu əhatə edir. Sənaye sahəsində də ciddi azalma müşahidə edilir

O deyib ki, bunlardan biri dövlətin sosial müdafiəsinin gücləndirilməsi, digəri isə əhalinin gəlirlərinin təmin edilməsi üçün iş yerlərinin açılmasıdır.

“Özəl sektorda ciddi işdən azad edilmələr, bizneslərin dayandırılması müşahidə olunur. Ötən ilin son rübündə bu proses daha sürətli idi. Bu il isə hökumət inzibati resurslarından istifadə edərək, məhdudiyyətlər yaratmağa çalışır....Belə bir təsəvvür yaranır ki, ehtiyac olmadan yeni iş yerləri yaradılır....Böhranın aradan qaldırılması deyil, böhranın pərdələnməsi, gizlədilməsi istiqamətində addımlar atılır. Daha bir anti-böhran tədbiri kimi hökumət süni maneələrlə qiymət artımının qarışısını almaqla əhalinin sosial durumunu təsir göstəməyə cəhd edir”-deyə Azər Mehdiyev sözünə davam edib.

İqtisadi Təşəbbüslərə Yardım Təşkilatının rəhbəri ölkənin valyuta bazarındakı böhranın idarə edilməsindən danışarkən hökumətin valyuta bazarındakı qeyri-müəyyənliyi aradan qaldırmağa nail olduğunu bildirib.

Azər Mehdiyev valyutanın devolvasiyasından sonra banklara borcların ödənilməsi prosesinin çətinləşdiyini deyib.

“Manata etimadın azalması ilə insanlar dollara üz tutub. Hökumət banklara manat əmanətləri cəlb etmək üçün əmanətlərin hamısına 12 faizlik 3 illik zəmanət verdi. Dollarla ödəmə faizlərinin aşağı salınması belə insanların manata etimadını artırmayıb. Hökumət dollara olan təlabatın azaldılması üçün kəskin addımlar atır. Valyuta məntəqələrinin bağlanması, dollar satışı həcminin azaldılması, xüsusilə xarici ticarətdə yaranmış problemlər, ölkəyə gətirilən bütün malların tam uçota alınması və bu zaman gömrük rüsumları və vergilərin artırılması bu malların bazarlarda satışında ciddi problemlərə səbəb olub”-deyə iqtisadçı ekspert bildirib.

Azər Mehdiyev ilin birinci rübündə 2.9 milyard manatlıq investiya yatırımımın yalnız 900 milyon manatının yerli investiyalara ayrıldığını deyib.

XS
SM
MD
LG