Accessibility links

"Təbiətdən istifadə edib divarı gözəlləşdirmək istədik" [Audio-Müsahibə]


Azər Məmmədli (Urban Art Azerbaijan)

Bakının boz divarlarını rəng qatıb, onları incəsətə çevirən Urban Art Azerbaijan-ın rəssamı Azər Məmmədli Amerikanın Səsinə öz fəaliyyətləri ilə bağlı müsahibə verib.


Azər uşaqlıqdan rəssamlıqla məşğul olsa da, divarlara qrafiti çəkməyə cəmi 6 ildir başlayıb. Onun sözlərinə görə, qrafiti hər zaman birmənalı qarşılanmadığı üçün bəzən icazə almaqda problemlər yarana bilir. O üzdən adətən onlara təqdim olunan divarlara şəkil çəkməyə üstünlük verirlər.

Azər Məmmədli divarlara rəsm çəkərkən insanların bu qədər xoş reaksiyasını gözləmədiyini bildirib.

İnsanlar yaxınlaşıb nə etdiyimizlə maraqlanır, fotolar çəkir, hətta bizi tərifləyirdilər də. Düzü belə bir şeyin olacağını gözləmirdim.

“İnsanlar yaxınlaşıb nə etdiyimizlə maraqlanır, fotolar çəkir, hətta bizi tərifləyirdilər də. Düzü belə bir şeyin olacağını gözləmirdim.”

Rəssam qeyd edib ki, çəkdikləri rəsmlər hər hansı bir sosial mesaj daşımır, sadəcə təbiət komponentlərin istifadə edərək bunu sənət əsərinə çevirərək şəhər mədəniyyətinə xas bir üslub yaratmaq istəyirlər.

Xarici ölkələrdə qrafiti mədəniyyətinin çox yayıldığını bildirən, Azər Məmmədli, gələcəkdə köhnə Bakıda olan mozaikalar tərzində rəsmlər çəkmək istəyindədir.

Şəhərin görkəmli binalarının fəsadlarında etmək istədiyi bu illüstrasiyalar Bakıya xas xüsusiyyətləri özündə əks etdirəcək.

XS
SM
MD
LG