Accessibility links

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə ilə müsahibə -"21 Azərin 67-ci ildönümü""


DAK Daimi Şurasının sədri Əjdər Tağızadə ilə müsahibə -"21 Azərin 67-ci ildönümü""
please wait

No media source currently available

0:00 0:10:39 0:00

21 Azər Hərəkatının 67-ci ildönümüdür. 1945-ci il dekabrın 12-də 21 Azər Hərəkatı İran Azərbaycanında qalib gəlib. Qələbə ilə əlaqədar fəaliyyətə başlayan Azərbaycan Milli Məclisinin qərarı ilə Seyid Cəfər Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilib. Bu hökumət İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaradıb. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin edib. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirib. 1946-cı ilin dekabrında bir il mövcud olduqdan sonra Milli Hökumət qan içində boğulub. On minlərlə insan məhkəmə qərarı olmadan asılıb, güllələnib. Yüz mindən çox Azərbaycanlı doğma yurdunu tərk edərək xaricə qaçıb. Seyid Cəfər Pişəvəri isə indiki Azərbaycan Respublikasına gəlib və 1947-ci il iyunun 11-də Sovet rejimi tərəfindən avtomobil qəzasına salınaraq aradan götürülüb. Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Seyid Cəfər Pişəvərinin başladığı azadlıq hərəkatı Azərbaycan türklərinin ümumi məqsədidir. Pişəvəri hərəkatı bir daha sübut etdi ki, dövlət millətin özünün olanda sosial ədalət də bərpa olunur, fundamental hüquqlar təmin edilir. “Pişəvəri hökumətinin “12 Şəhrivər” platforması indi də İran üçün aktualdır. Çünki indiki diktator molla rejiminin həmin platformaya yaxınlaşması belə mümkün deyil. Bu səbəbdən də İranda yaşayan bütün xalqlar üçün bu platforma arzu olaraq qalır”. Əjdər Tağızadə İran Xarici İşlər Nazirliyinə də cavab verib. Rəsmi Tehran DAK həmsədri Sabir Rüstəmxanlı və DAK Daimi Şurasının sədrini separatçılıqda ittiham edib. “Tehranın diktatura rejiminə sadəcə xatırladırıq ki, Azərbaycan türkləri var və yaşayır. Biz Pişəvəri, Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy ideyalarının yolçusuyuq. Tehran bizi separatçılıqda günahlandırır. Elə isə ölkədə referendum keçirsin, görsün kim bu rejimdə yaşamaq istəyir”, o qeyd edib.

XS
SM
MD
LG