Accessibility links

Azər Qasımlı: İqtidar cib müxalifəti yaradıb [Video-müsahibə]


Azər Qasımlı: İqtidar cib müxalifəti yaradıb
please wait

No media source currently available

0:00 0:07:29 0:00

Azər Qasımlı: İqtidar cib müxalifəti yaradıb

REAL Hərəkatının İdarə Heyətinin üzvünün Amerikanın Səsinə müsahibəsi

REAL Hərəkatının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının Azərbaycanda demokratiya, ədalətli ədliyyə sistemi, insan hüquqları və təhlükəsizlik sahəsində islahatlara köməyi ilə bağlı danışıb.

“Şərq Tərəfdaşlığı” proqramına əsasən Azərbaycan siyasi və iqtisadi islahatlar, daxili bazarı Avropa ölkələri üçün açmaq, Azərbaycan biznesinin Avropa bazarında işləməsi və başqa öhdəliklər götürüb. Amma təəssüflər olsun ki, Azərbaycan Avropa Birliyi ilə daha çox enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq edib. Azərbaycan insan hüquqları ilə bağlı öhdəlikləri və fərdi proqramda əksini tapan öhdəlikləri yerinə yetirməyib”, o qeyd edib.

Bunun səbəbi odur ki, Azərbaycan imitasiya siyasətini həyata keçirir. “Başa düşürlər ki, öhdəliklər yerinə yetirilsə iqtidar hakimiyyətini itirə bilər. Digər tərəfdən Azərbaycan balans siyasətini yürütməyə çalışır ki, Rusiyanın qəzəbinə gəlməsin. Azərbaycan iqtidarı qorxur ki, Rusiyanın qəzəbinə gəldiyi zaman Dağlıq Qarabağı və hakimiyyətini itirə bilər”, A.Qasımlı bildirib.

O hesab edir ki, Azərbaycan Avropa İttifaqının demokratiya, azad seçki, ədalətli ədliyyə sistemi, korrupsiyaya qarşı mübarizə kimi əsas prinsiplərinə əməl etmir.

“Azərbaycanda siyasi praktika demokratiyanın boğulması, insan haqlarının pozulması, repressiyalar dərinləşməsinə daha çox üstünlük verir. Azərbaycanda həm iqtisadi, həm də siyasi meydan tam inhisar altındadır. Siyasi meydan aydındır, Azərbaycanda siyasi partiyalar yalnız sözdə var. Qeydiyyatdan keçən siyasi partiyalar da var. Azərbaycan iqtidarı bunları imitasiya edir. Özləri üçün cib müxalifəti yaradıb. Nəticə olaraq seçicilər seçkiyə inanmır və iştirak etmir. Son prezident seçkilərində də seçicilər əvvəlki seçkiyə nisbətən 20-25 faiz az iştirak edib”.

Politoloq “Şərq Tərəfdaşlığı” ölkələrini Rusiya təsirlərindən qorumaq üçün strategiyanın olmadığını bildirir. “Azərbaycan Avropaya o qədər də inteqrasiya etmir. Bununla belə Azərbaycan Avrasiya İttifaqına və Gömrük İttifaqına da üzvlüyə meyllənmir. Burada da balans siyasətini saxlamağa çalışır. Bu baxımdan Ukraynada baş verənlər qərb və MDB məkanı üçün bir dərs olmalıdır. Dərs budur ki, Avropa İttifaqı post- Sovet məkanında daha aktiv siyasət yürütməlidir” , o qeyd edib.

XS
SM
MD
LG