Accessibility links

Erik Rubin: “Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinə kömək etmək Obama administrasiyası üçün əsas prioritetlərdən biri olaraq qalacaq”


Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Vaşinqtonda Azərbaycan Amerika Alyansının qala-tədbirində iştirak edib


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Erik Rubin Birləşmiş Ştatların Azərbaycanla yüksək tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dəstəyi davam etdirəcəyini bildirib. Cənab Rubin bu açıqlamaları Amerikanın səsinə Azərbaycan Amerika Alyansının “Vaşinqtonda bakılı dostlarla gecə” adlı qala-ziyafətdə verib.

Erik Rubin iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsini qeyd edib. “Bu tədbir ona görə mühümdür ki, burada təkcə hər iki tərəfin rəsmiləri deyil, həm də biznes nümayəndələri, qeyri-hökumət təşkiları, eləcə də ABŞ və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olan Amerika və Azərbaycan cəmiyyətlərinin müxtəlif təbəqələrini təmsil edən insanlar bir araya gəlib. Bu, çox müsbət haldır. Buraya toplaşan insanlara baxanda bu münasibətlərin 20 ildən artıq bir müddət ərzində nə qədər inkişaf etdiyinin şahidi oluruq. Biz qarşıda növbəri dörd il ərzində bu tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi işinin davam etdiriləcəyini gözləyirik. İki ölkə arasında ticarət əlaqələrinin səviyyəsi və investisiyaların həcmi artıb. Xüsusilə də enerji sahəsində böyük uğurlar əldə edilib. İki ölkə BMT səviyyəsində, qlobal səviyyədə, Əfqanıstan məsələsində birgə işləyir. Bütün bunlar növbəti dörd ildə əlaqələrin inkişaf etdirilməsi üçün möhkəm bir əsas yaradıb.”

Dövlət katibinin yardımçısı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin ABŞ administrasiyası üçün əsas prioritet məsələ olaraq qalacağını da qeyd edib. “Dağlıq Qarabağ məsələsinə gəldikdə, biz 20 ildən artıqdır sürən bu olduqca ağrılı münaqişənin ədalətli və davamlı həllinə kömək etməyi ən başlıca prioritetlərimizdən biri hesab edirik. Bu, növbəti dörd il ərzində bizim üçün ən yüksək prioritet olacaq. Biz regionun bütün xalqlarının faydalacağı, uzunmüddətli, eləcə də sadiq qaldığımız prinsiplər əsasında müsbət nəticənin əldə olunmasına kömək etmək üçün mümkün olan hər şeyi edəcəyik. Bununla yanaşı, münasibətlərin inkişafına gəldikdə, bizim münasibətlərimiz sadəcə bir, ya iki məsələ ilə bitmir. Bu, daha geniş və daha dərin, bölüşdüyümüz birgə dəyərlər və istəklərə əsaslanan münasibətləri əhatə edir. Bunlardan biri Azərbaycanın dərin demokratik köklərə əsaslanan təsisatların və açıq vətəndaş cəmiyyətinin qurulması işində tərəqqi əldə etməyə davam edəcəyinə ümidlə bağlıdır. Biz bu sahədə inkişafın şahidi olmuşuq və növbəti dörd ildə də Azərbaycanın inkişafına dəstək verilməsində birgə işi davam etdirə biləcəyimizə ümid bəsləyirik.“

Con Beyner, Elin Suleymanov, Anar Məmmədov
Con Beyner, Elin Suleymanov, Anar Məmmədov
​Azərbaycan Amerika Alyansının “Vaşinqtonda bakılı dostlarla gecə” adlı qala konserti və ziyafəti noyabrın 14-də ABŞ paytaxtında yerləşən Ronald Reyqan adına Beynəlxalq Ticarət Mərkəzinin binasında keçirilib. Tədbirə ABŞ Konqresinin hazırkı və keçmiş üzvləri, Vaşinqtonda diplomatik missiyaların nümayəndələri, Azərbaycan və türk icmasının üzvləri də daxil olmaqla, 700-ə yaxın qonaq qatılıb. Tədbir Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun dəstəyi ilə keçirilib.

Ziyafətdə nitq söyləyən ABŞ Konqresinin Avropa və Avrasiya məsələləri üzrə alt komitəsinin sədri Dn Barton ABŞ-Azərbaycan əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qısa müddətə tədbirə qatılan Nümayəndələr Palatasının spikeri Con Beynerlə yanaşı, qalada ABŞ senatorları Saksbi Çambliss, Riçard Burr də iştirak ediblər.

Gecədə həmçinin Azərbaycan Amerika Alyansı təşkilatı tərəfindən təsis edilən tələbə təqaüdləri təqdim edilib. Qala ziyafətdə “Natiq ritm qrupu” və “Cəngi” rəqs ansamblı, muğam ustası Mənsum İbarhimov, “Evrovision 2011” müsabiqəsinin qalibləri Ell&Nikki iştirak edib.

Azərbaycan Amerika Alyansı ABŞ paytaxtı Vaşinqtonda 2012-ci ilin əvvəli təsis edilib. Təşkilatın məqsədi Amerika və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin inkişafı və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsindən ibarətdir. Alyans iş adamı Anar Məmmədov tərəfindən təsis edilib. Bu ilin əvvəli Azərbaycan Amerika Alyansının təşəbbüsü ilə ABŞ-da Xocalı soyqırımının tanıdılması məqsədilə kampaniya keçirilib.


Vaşinqtonda Azərbaycan Amerika Alyansının qala-ziyafəti
please wait

No media source currently available

0:00 0:05:31 0:00
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG