Accessibility links

Azərbaycan ilə Oklahoma ştatı 20 ildir əməkdaşlıq edir


Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Oklahoma ştatına səfər edib.

Bu il Oklahoma ştatı Azərbaycan ilə əməkdaşlığın 20 illiyini qeyd edir.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, Oklahoma ştatı ilə “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində qurulmuş əlaqələrin 20-ci illiyi münasibətilə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bu ştata səfər edib.

“Səfər çərçivəsində Oklahoma ştatının qubernatoru Con Kevin Stitt, Oklahoma Milli Qvardiyasının Briqada Generalı Tomas Mançino, Kənd təsərrüfatı katibi Bleyn Artur və Ticarət katibi Skot Müller ilə görüşlər keçirilib. Səfir Xəzər İbrahim həmçinin Qlobal Araşdırmalar və Tərəfdaşlıq Məktəbinin qonağı kimi Oklahoma Dövlət Universitetinə də baş çəkərək, professor-müəllim heyəti və tələbələrlə söhbət etmək, universitet rəhbərliyi ilə görüşmək imkanı əldə edib.”

Azerbaijani flag in Oklahoma
Azerbaijani flag in Oklahoma

Xatırladaq ki, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Universiteti və Oklahoma Dövlət Universiteti 2021-ci ilin iyul ayında Gəncə şəhərində Beynəlxalq Kənd Təsərrüfatı magistratura səviyyəsində ikili diplom proqramı üzrə əməkdaşlıq memorandumu imzalayıb. ADA Universiteti də Oklahoma Dövlət Universiteti ilə tələbə mübadiləsi müqaviləsi sahəsində əməkdaşlıq edir.

Oklahoma ştatını təmsil edən ilk tələbə qrupu gələn payız semestrində Azərbaycana səfər edəcək.

Azerbaijani servicemen in Oklahoma
Azerbaijani servicemen in Oklahoma

Səfir İbrahimin səfərindən əlavə, Oklahoma Milli Qvardiyasının dəvəti ilə Azərbaycan Müdafiə Nazirliyinin 5 zabiti Oklahoma ştatında keçirilmiş “Yaralıların toplama məntəqəsindən tibbi təxliyəsi” adlı tədbirdə iştirak edib.

Oklahoma Milli Qvardiyası və Azərbaycanın Müdafiə Nazirliyi son 20 il ərzində zabitlərin inkişafı, tibbi əməliyyatlar, logistika, aviasiya təhlükəsizliyi və kibermüdafiə sahəsində çoxsaylı mübadilələr proqramları vasitəsilə əməkdaşlıq edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG