Accessibility links

"Azərbaycanda diktaturaya göz yuman Avropa-Azərbaycan Cəmiyyəti və Avropa Parlamenti"


Korporativ Avropa Müşahidə qrupunun son hesabatında Avropadan kənarda miltimilyon avroluq imec yaradan bizneslərdən bəhs edilir. Hesabat diktatorlar və repressiv rejimlərin Avropanın PR şirkələri və lobbiçilərə pul ödəməklə öz məqsədlərinə nail olmağa çalışdıqları, insan hüquqları vəziyyətini ört-basdır etmək cəhdlərinə həsr edilib.

Araşdırma aşağıdakı sahələri əhatə edir.

  • Nigeriya prezienti Qudlak Conatanın imeci və onun prezident seçkiləri öncəsi Boko Haram qrupuna qarşı mübarizəsi;
  • Bir sıra PR şirkətlərinin Rusiyanın dövlət gaz şirkəti Gazprom və Ukrayna münaqişəsindəki rolu ilə bağlı mövqeyi;
  • Orta Asiya üzrə Brüssel ekspert qrupuna Qazaxıstanın diktatorluğunu gizlətmək üçün ödənişlər edilməsi;
  • Azərbaycanda artmaqda olan repressiv diktatorluğa göz yuman Avropa-Azərbaycan Cəmiyyəti və Avropa Parlamenti;
  • Ukraynanın sabiq korrupsion rejiminin maraqlarını güdən lobbiçilər; və sairə.

“İnsanların gecə vaxtı oğurlanması, dissidentlərə işgəncə verilməsi, opponentlərin susdurulması, nümayişçilərin qətli diktatorlar üçün adi gündəlik iş ola bilər. Onların cinayətlərinin üstünü örtmək üçün PR şirktləti və lobbiçiləri maliyyələşdirməsi Avropa Birliyi üçün utandırıcı haldır,” deyə hesabatın hazırlanmasında iştirak edən journalist Katrin Ainger bildirib.

Hesabatda mühariibə cinayətlərinə əl atan hökumətlərin göstəricələrinin PR şirkətləri və lobbiçilərin dediklərindən ciddi şəkildə fərqləndiyi bildirilir.

XS
SM
MD
LG