Accessibility links

Azərbaycanda son sutkada 273 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb


koronavirus yeni
koronavirus yeni

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 952 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 645 nəfər müalicə olunaraq sağalıb, 8383 nəfər vəfat edib, aktiv xəstə sayı 7924 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 337, ötən müddət ərzində isə ümumilikdə 5 883 101 test aparılıb.

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.

Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə keçən il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG