Accessibility links

Azərbaycanda gündəlik koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 80 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55, buster doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 365, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 664, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 282 təşkil edir.

Azərbaycanda 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Keçən il sentyabrın 1-dən ölkədə COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG