Accessibility links

Jurnalistlərin Müdafiəsi Komitəsi Azərbaycanda Avropa Oyunları ərəfəsində xoşagəlməz atmosferə diqqət yetirməyə çağırır


Jurnalistlərin Müdafiəsi Komitəsi Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikiyə ünvanladığı məktubda iyun ayında Azərbaycanda keçiriləcək Avropa Oyunları ərəfəsində o ölkədəki xoşagəlməz atmosferə diqqət yetirməyə çağırıb.

Azərbaycandakı oyunların işıqlandırılması üçün 1300-dən artıq beynəlxalq jurnalist akkreditasiya müraciəti edib. Onların bir çoxunun maneəsiz işləyəcəyinə təminat verilmir. Belə ki, bu yaxınlarda Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi əleyhinə iş aparan jurnalistlərin akkreditasiyadan keçməyəcəyini bəyan edib.

Məktubda deyilir ki, Hacıyevin bəyanatı oyunların işıqlandırılması üçün medianın fəaliyyətini kölgə altına almış olur.

Jurnalistlərin Müdafiəsi Komitəsi Azərbaycanda 8 jurnalistin həbsdə olduğunu bildirərək, onların hər birinin həbsinə dair məlumatı məktuba əlavə edib.

Bu jurnalistlər arasında Moderator veb səhifəsinin redaktoru Pərviz Həşimli, korrupsiya haqda yazılarına görə dekabr ayında həbs edilən Azadlıq Radiosunun müxbiri Xədicə İsmayılovanın adları yer alır.

Məktubda deyilir ki, Azərbaycan hökuməti azad media və vətəndaş cəmiyyətinə qarşı basqıları artırıb. 2013-cü ilin fevral ayında Azərbaycan parlamenti 200 manat (250 dollar) məbləğində xaricdən maliyyə yardımı alan QHT-ləri hesabat verməsinə dair qərar qəbul edib. Bununla razılaşmayan bir sıra təşkilatlar fəaliyyətərini dayandırmağa məcbur edilib.

JMK Azərbaycanı azad mediaya senzura tətbiq edən 10 ölkə sırasına daxil edib.

Təşkilat Olimpiya Komitəsini Azərbaycan hökumətinə təzyiq göstərməklə, ölkədə mətbuat azadlığının təminat altına alınmasına çağırıb.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG