Accessibility links

Azərbaycan "Doing Business 2017" hesabatında 65-ci pillədə qərarlaşıb


Azərbaycan "Doing Business 2017: hamı üçün bərabər imkanlar" hesabatında 190 ölkə arasında 65-ci pillədə qərarlaşıb. Reytinqi Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası hazırlayıb.

Azərbaycanın ən yaxşı göstəricisi müəssisələrin qeydiyyatı, ən pis göstəricisi isə “tikintiyə icazə”dir - 127-ci, kreditə çıxış imkanları indikatorunda isə 118-ci yerdəyik.

Reytinq tərtib edilərkən beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannəmələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması nəzərə alınıb.

Bundan başqa, biznesə başlamaq göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub.

Iqtisadçı ekspert Natiq Cəfərli Facebook səhifəsində yazıb ki, hesabatda fərqli indikatorlar var.

"Azərbaycanın ən yaxşı göstəricisi müəssisələrin qeydiyyatı, ən pis göstəricisi isə “tikintiyə icazə”dir- 127-ci, kreditə çıxış imkanları indikatorunda isə 118-ci yerdəyik. Ümumilikdə 10 indikator üzrə qiymətləndirmə olub. Bunun 7-də keçən ilə nisbətən geriləmişik. Cəmi 1 indikator dəyişməyib, 2-sində isə azacıq yaxşılaşma var”.

Neft qiymətlərinin ucuzlaşması ölkədə qeyri-neft sektorunun önəmini aktuallaşdırıb.
Neft qiymətlərinin ucuzlaşması ölkədə qeyri-neft sektorunun önəmini aktuallaşdırıb.

O bildirir ki, Azərbaycan hökumətinin tez-tez qürurla istinad etdiyi DOING BUSINESS hesabatı investorlar üçün çox ciddi istinad mənbəyidir.

"Əgər ölkəmiz son 1 ildə 4 pillə geriləyibsə, bölgədə əsas rəqibimiz Gürcüstan bizdən 49 pillə qabaqdadırsa, hətta Qazaxıstan və Rusiya da bizi qabaqlayıbsa, investor Azərbaycana niyə yatırım etməlidir ki?!"

Hələ burada məhkəmə və mülkiyyət toxunulmazlığı nəzərə alınmayıb. İvestorlar üçün önəmli olan bu 2 sahə Azərbaycanda bərbad vəziyyətdədir. Bunu da nəzərə alsaq, üzərinə korrupsiyanı, inhisarçılığı da gəlsək, xarici investor Azərbaycana yatırım etməkdən həmən vaz keçir”.

Natiq Cəfərli qeyd edir ki, hökumət tez-tez ölkəyə milyardlarla xarici investisiya qoyulduğunu deyir, amma dəqiqləşdirmir ki, bu vəsaitin tamamına yaxını neft-qaz müqavilələrinə görə qoyulub, o müqavilələr isə parlament tərəfindən təsdiq olunur, konstitusiyamızdan da üstün hüquqa malikdir. Yəni, o müqavilələrdə “oyun qaydaları” fərqlidir, bizimkilər istəsələr belə o qaydaları poza bilməzlər:

“Bizim bölgədə əsas rəqibimiz Gürcüstandır, o ölkəyə çatmasaq, bölgəyə gəlmək istəyən investor bizi deyil, Gürcüstanı seçəcək”.

Əgər ölkəmiz son 1 ildə 4 pillə geriləyibsə, bölgədə əsas rəqibimiz Gürcüstan bizdən 49 pillə qabaqdadırsa, hətta Qazaxıstan və Rusiya da bizi qabaqlayıbsa, investor Azərbaycana niyə yatırım etməlidir ki?!

Bu gün isə oktyabrın 26-da "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" (MSŞT) üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərinin MSŞT standarlarına uyğunluğunun qiymətləndirilməsi ilə bağlı yekun qərarını verib.

Qərarda deyilir ki, Azərbaycan MSŞT sahəsində birinci qiymətləndirmə ilə müqayisədə ümumilikdə əhəmiyyətli proqres əldə edib və bir neçə fərdi tələb üzrə irəliləyişə nail oub.

İdarə Heyəti bütün bunları nəzərə alaraq hesab edir ki, Azərbaycan namizəd statusunda qalır.

XS
SM
MD
LG