"Ukraynada ciddi təhlükə ilə üzləşən Azərbaycan vətəndaşları Moldova, Polşa, Slovakiya, Macarıstan və Rumıniyaya getməklə bu ölkə ərazisini tərk edə bilərlər".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bundan əlavə, Azərbaycan vətəndaşları Rumıniya və daha sonra Bolqarıstan ərazisindən keçməklə Türkiyəyə oradan isə Azərbaycana gələ bilərlər.
“Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi və hərbi obyektlərin yerləşdiyi ərazilərdən uzaq olmalarını tövsiyə edir,” məlumatda qeyd edilib.
Xarici İşlər Nazirliyi Ukraynadan evakuasiya ilə bağlı Azərbaycan vətəndaşlarının müraciət edə biləcəyi qaynar xətləri xatırladıb.