Accessibility links

Azərbaycanın futbol üzrə seçmə komandasının Malta və Lixtenşteynlə oyunları ləğv olundu


Azərbaycan Peşəkar futbol liqasının milli çempionat oyunlarını azarkeşsiz keçirmək qərarının ardından Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) millinin yoldaşlıq matçlarının ləğv edilməsi ilə bağlı rəsmi saytda məlumat verib.

Son zamanlar dünyanın müxtəlif ölkələrində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması, yaranmış vəziyyətin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsi, Malta Respublikasının bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İspaniya, İsveçrə) təyyarə reyslərini qəbul etməməsi, Azərbaycan milli komandasının heyətinə xarici ölkələrdən dəvət olunan futbolçuların səyahət riskinin (virusla əlaqədar) olması, komanda üzvlərinin və nümayəndə heyətinin yoluxma ehtimalının qarşısının alınması məqsədilə Azərbaycan milli komandasının martın 23-dən 31-dək Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcək yoldaşlıq oyunları ləğv olunub.

Bununla əlaqədar AFFA tərəfindən UEFA-ya, Malta və Lixtenşteyn futbol federasiyalarına müvafiq qaydada məlumat verilb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG