Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib


Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstan dövlətinə başsağlığı verib.

Bu barədə nazirliyin rəsmi "Twitter" hesabında paylaşım edilib.

"10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əminamanlıq və rifah arzulayırıq," payaşımda qeyd olunur.

Azərbaycan müxalifətinin mövqeyi

Öz növbəsində Azərbaycan müxalifəti xarici qoşunların Qazaxıstandan çıxarılmasını tələb edib.

Qazaxıstanda nümayişlərin tarixçəsi

Qazaxıstanda nümayişlər bir həftə əvvəl yanacağın bahalaşmasına cavab olaraq başlayıb, lakin sonradan hökumətə qarşı daha geniş etirazlara çevrilib.

Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin ofisi bir həftə davam edən iğtişaşlardan sonra yanvarın 9-da bildirib ki, “ölkənin bütün bölgələrində vəziyyət sabitləşib”.

Tokayev yanvarın 7-də televiziya vasitəsilə çıxışı zamanı nümayişçiləri öldürmək üçün təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən atəş açmaq əmri verib.

Prezident administrasiyası yanvarın 9-da bildirib ki, bir həftə ərzində Qazaxıstan təhlükəsizlik qüvvələri 26 nümayişçini öldürüb, 5800 nəfəri həbs edib. Bəyanatda həbs olunanlar arasında “xeyli sayda xarici vətəndaşların” olduğu bildirilib.

İğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 18 əməkdaşı həyatını itirib.

Reuters xəbər agentliyi Qazaxıstanın Səhiyyə Nazirliyinə istinad edən Rusiyanın Sputnik agentliyinə istinadən yanvarın 9-da Qazaxıstanda son bir həftə ərzində baş verən iğtişaşlar nəticəsində ikisi uşaq olmaqla, ümumilikdə 164 nəfərin öldüyü haqda məlumat verir.

Səhiyyə nazirliyi Qazaxıstanın ən böyük şəhəri olan və ən şiddətli toqquşmaların baş verdiyi Almatıda 103 nəfərin öldüyünü bildirib.

XS
SM
MD
LG