Accessibility links

Mənsum İbrahimov: "Azərbaycanın mənəvi sərvəti olan Muğam ölkəmizi dünyada təbliğ edir" [Audio]


please wait

No media source currently available

0:00 0:08:31 0:00



Azərbaycan muğamının Kaliforniyada təbliği və tanıdılması məqsədilə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə noyabr ayı Kaliforniyada “Azərbaycan Muğamı Ayı" elan edildi. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Azərbaycanın mahir xanəndələrinin, eləcə də kamança, tar və nağara ustalarının iştirakı ilə Kaliforniyanın ən böyük şəhərlərində silsilə muğam konsert proqramları keçirildi. “Azərbaycan muğamının 35 illik kosmik səfəri˝ adlanan konsert 1977-ci ildə NASA tərəfindən Azərbaycan muğamının da daxil olduğu eksklüziv ˝Qızıl Val˝ın kosmosa göndərilməsinin 35-ci ildönümünə həsr olunmuşdu.

Kaliforniyadan sonra Azərbaycanın sənət ustaları paytaxt Vaşinqtonda da konsert proqramları ilə çıxış etdi. Azərbaycanın xalq artisti, professor Mənsub İbrahimov da bu konsertlərdə çıxış etdi. Amerikanın Səsinə müsahibəsində Mənsum İbrahimov Aərbaycan muğamının dünya ölkələrində tanındığını, Azərbaycanın təbliğində boyük rol oynadığını dedi. Mənsum müəllim bu sahədə Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun böyük dəstəyi olduğunu, Azərbaycanda və digər ölkələrdə musiqi festivalları və müsabiqələrinin keçirilməsində böyük işlər görüldüyünü bildirdi.

Mənsum İbrahimov Azərbaycanın kaliforniyadakı Baş Konsulluğunun təşəbbüsü ilə “Kaliforniyada Azərbaycanın Muğam Ayı” adı altında keçirilən konsertlərdən danışdı və bu konsertlərin böyük uöurla keçdiyini dedi.

Mənsum müəllim Vaşinqtonda Reyqan institutunda keçirilən konsertlərdə də onunla birlikdə Azərbaycanın görkəmli sənət ustalarının və özünün şagirdi 12 yaşlı Mirpaşa Şükürovun çıxış etdiyini və əsasən milli muğama böyük yer verildiyini bildirdi.

Müğənni konsertlərdə Amerika rəsmuilərinin və müxtəlif səfirliklərdən rəsmilərin iştirak etdiyini dedi və bunun Azərbaycanın təbliği üçün yaxşı hal olduğunu vurğuladı.


Sonda isə Mənsum müəllim konsertdə muğamlardan parçaların, təsniflərin və xalq mahnılarının ifa edildiyini dedi.
XS
SM
MD
LG