Accessibility links

Azərbaycanın Ukraynaya Dəstək Platforması BMT-ni Ukraynada kütləvi qətlləri soyqırım kimi tanımağa çağırıb


Ukrainian war
Ukrainian war

Azərbaycanın Demokratiya Naminə Ukraynaya Dəstək Platforması "Rusiyanın Ukraynada törətdiyi kütləvi qətllərin soyqırım kimi tanınması" təşəbbüsü ilə çıxış edib.

Platformanın beynəlxalq ictimaiyyətə müraciətində deyilir ki, Ukraynanın şəhər və kəndlərinin kütləvi bombardmana məruz qoyulması, dinc və günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsi, uşaqlar da daxil olmaqla, işğal olunmuş ərazilərin yerli əhalisinin məcburi şəkildə Rusiyaya aparılması BMT Baş Assambleyası tərəfindən 19 dekabr 1949-cu ildə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya görə soyqırımdır.

Platforma BMT Baş Assambleyasının növbədənkənar, fövqəladə iclasını çağıraraq, "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya uyğun olaraq Rusiyanın Ukraynadakı hərbi cinayətlərini soyqırım kimi tanımağa çağırıb.

“BMT Baş Assambleyası Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına və bütün dövlətlərin parlamentlərinə Rusyanın törətdiyi soyqırımı tanımaq çağrışı ilə müraciət etməlidir.

BMT Baş Assambleyası həmçinin bütün hökumətlərə Rusiya ilə ticarət əlaqəsini dayandırmağı tövsiyə etməlidir,” sənəddə qeyd edilir.

Azərbaycanın Demokratiya Naminə Ukraynaya Dəstək Platforması bir qrup vətəndaş cəmiyyəti fəalı tərəfindən yaradılıb.

XS
SM
MD
LG