Accessibility links

İlham Əliyev Makron iştirak edəcəyi təqdirdə Ermənistanla görüşün baş tutmayacağını deyib


Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycanın Ermənistanla danışıqlarda Fransanın iştirak etməsini istəmədiyini bildirib və bu səbəblə dekabrın 7-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının başçısı Şarl Mişelin iştirakı ilə dördtərəfli görüşün keçirilməyəcəyini deyib.

Əliyev bildirib ki, Makron rəsmi Bakıya “hücum” edib və Bakını “təhqir” edib və buna görə də vasitəçilik etməməlidir.

Sentyabr ayında Ermənistanla Azərbaycan arasında döyüşlər baş verib. Hər iki tərəf döyüşlərə görə bir-birini günahlandırıb.

Daha sonra tərəflər arasında atəşkəslə bağlı razılıq əldə olunub və hər iki ölkə ötən ay Praqada keçirilən görüşdə sərhəddə Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsinə razılaşıb.

Lakin cümə günü İlham Əliyev çıxışında Ermənistan baş naziri Nikol Paşinyanı Makronun iştirakı tələbini irəli sürməklə sülh danışıqlarını pozmaqda ittiham edib.

“Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi,” Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

O daha sonra deyib ki, Fransa lideri “anti-Azərbaycan mövqe sərgiləyib” və Bakını təhqir edib.

“Bütün bunlar nəzərə alınsa aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. ”

Ermənistanın xarici işlər nazirliyi danışıqların “Praqa formatını” qoruyub saxlamaq istədiyini bildirib ki, bu formatda danışıqlarda Makron və Mişel də iştirak edir.

İnterfaks xəbər agentliyinin məlumatına görə, sözçü deyib ki, Azərbaycanın Yerevanın sülh danışıqlarını pozmağa çalışdığına dair iddialarının “reallıqla heç bir əlaqəsi yoxdur.”

Makron Rusiyanı Bakı ilə Yerevan arasında gərginliyi artırmaqda ittiham edib və Paşinyanla telefon danışığında Ermənistanın suverenliyinə dəstəyini ifadə edib.

Ermənistan həmçinin cümə günü bildirib ki, Azərbaycan onların noyabrın əvvəlində Vaşinqtonda xarici işlər nazirləri arasında keçirilən görüşdə təqdim etdiyi sülh sazişi ilə bağlı son təkliflərinə hələ cavab verməyib.

Kremlin sözçüsü Dmitri Peskov cümə günü bildirib ki, 2020-ci ildə bölgəyə sülhməramlı qüvvə yerləşdirən Moskva növbəti danışıqlara vasitəçilik etməyə hazırdır, lakin o, liderlərin Moskvada görüşü ilə bağlı konkret planın olmadığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG