Accessibility links

Azərbaycan seçkiləri Qərb mətbuatında


Assosiated Press yazır ki, neftlə zəngin Azərbaycanda seçicilər aprelin 11-də prezident seçkilərində səs verəcək.

Ölkənin uzunmüddətli liderinin daha 7 il müddətinə hakimiyyətdə qalacağı şübhə doğurmur.

Konstitusiyaya düzəliş edilərək, prezidentlik müddəti 5-dən 7 ilə qaldırılıb.

İnsanlar siyasi sabitlik, iqtisadi islahatlar və korrupsiya ilə mübarizəni görmək istəyir

İlham Əliyevin səslərin əksər hissəsini əldə edəcəyi gözlənilir.

Müxalifət seçkiləri boykot edib.

Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurasının rəhbəri Cəmil Həsənli xalqı hökumətin oyunlarına müqavimət göstərməyə çağırdığını deyib.

"İnsanlar siyasi sabitlik, iqtisadi islahatlar və korrupsiya ilə mübarizəni görmək istəyir" , Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

İlham Əliyev
İlham Əliyev

​Rəy sorğuları seçicilərin 80 faizinin 2003-cü ildən hakimiyyətdə olan 56 yaşlı Əliyevə səs verəcəyini göstərib.

İlham Əliyev mərhum atası Heydər Əliyev kimi özünü sabitliyin himayədarı olaraq göstərir.

2013-cü il seçkiləri zamanı İlham Əliyev səslərin 85 faizini əldə etmişdi.

Xalqı hökumətin oyunlarına müqavimət göstərməyə çağırırıq

"Washington Times" qəzetinin Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair “ Nəyə görə Azərbaycan Qərbin marağındadır?” adlı məqaləsində Azərbaycanın əhəmiyyətindən söz açılıb.

Yanuş Buqajski yazır ki, 1991-ci ildə müstəqillik əldə edən bu ölkə Avropa, Rusiya, Yaxın Şərq və ABŞ üçün enerji körpüsü rolunu oynayır.

May ayında müstəqil Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümünə hazırlaşan Azərbaycan Avropa və Mərkəzi Asiya arasında nəqliyyat və NATO-nun Əfqanıstana mühüm təchizat yoludur.

Bundan əlavə Azərbaycan Çindən Avropaya uzanan İpək Yolunda mərkəzi mövqe tutur.

Bu ölkə həm də ABŞ-ın Exxon, Unicol, Amoco, Chevron, McDermott, Halliburton and Boeing kimi şirkətlərini cəlb edib.

Gələn il Azərbaycan təbii qazını Cənub Qaz dəhlizi vasitəsi ilə Avropaya nəql etməyə başlayacaq.

Seçkilərdə 8 prezidentliyə namizəd iştirak edir: İlham Əliyev (YAP sədri, hazırki prezident), Sərdar Cəlaloğlu (Azərbaycan Demokrat Partiyasının sədri), Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı), Hafiz Hacıyev (Müasir Müsvat Partiyasının sədri), Araz Əlizadə (Sosial-Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı), Fərəc Quliyev (Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı), Razi Nurullayev ("Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu), Zahid Oruc (öz təşəbbüsü ilə, Milli Məclisin deputatı).

XS
SM
MD
LG