Accessibility links

Azərbaycan Ukraynaya 170 ton humanitar yardım göndərib


Azerbaijan has sent humanitarian aid to Ukraine

Aprelin 21-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb. Humanitar yardım təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri, eləcə də ərzaq və qida məhsullarından ibarətdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, ümumi çəkisi 170 tondan artıq olan humanitar yardıma 3.37 milyon manat məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları daxildir.

Humanitar yükü Varşava hava limanına çatdırmaq üçün ilk təyyarə Ukraynanın Azərbaycandaakı səfirinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən bu il Ukraynaya, eləcə də ukraynalı qaçqınlar üçün Moldovaya ümumi məbləği 23.2 milyon manatdan artıq olan 550 tona yaxın humanitar yardım göndərilib.

Azərbaycanın Ukraynadakı böhranla bağlı göstərdiyi humanitar yardımın ümumi məbləği 27.6 milyon manat (təxminən 15 milyon avro), çəkisi isə 720 ton təşkil edir.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy deyib ki, bu gün Azərbaycandan Ukraynaya böyük humanitar yardımın artıq üçüncü mərhələsi həyata keçirilir.

“Ukrayna üçün çox vacib yükün olduğu 7-ci təyyarə göndərilir," səfir qeyd edib.

Onun sözlərinə görə, humanitar yardıma dərman vasitələri və ərzaq məhsulları daxildir.

"Ukrayna üçün çox çətin biz zamanda həyata keçirilən humanitar yardım Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunun parlaq nümunəsidir. Bu, ehtiyac duyduğumuz bir yardımdır və xalqlarımız arasında böyük dostluğun daha bir sübutudur. Fürsətdən istifadə edərək, göstərilən yardıma görə Ukrayna dövləti və xalqı adından Azərbaycan rəhbərliyinə, ilk növbədə Prezident İlham Əliyevə səmimi minnətdarlığımı çatdırmaq istəyirəm.”

Səfir deyib ki, artıq 57 gündür Ukrayna dövləti və xalqı Rusiya işğalına qarşı müqavimət göstərir.

“Düşmənin nə qədər amansız və həyasız olduğunu görürük. Qadınlar, uşaqlara və qocalara qarşı hansı amansızlığın törədildiyinin şahidi oluruq. Bu gün də dinc sakinlər, uşaq bağçaları, məktəblər atəşə məruz qalırlar. Lakin son nəticədə biz artıq ilk qələbələrimizi qazanırıq. Bu, çox əhəmiyyətli qələbələrdir, çünki düşmən artıq ölkənin böyük hissəsindən qovulub. Hazırda ölkənin şərqi və cənub-şərq hissəsində amansız döyüşlər gedir. Haqq bizim tərəfimizdədir. Davamlı addımlar atırıq. Səbirliyik və qələbəmizə inanırıq. Bu yolda Azərbaycan kimi dostlarımızın dəstəyini hiss edirik," səfir qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG