Accessibility links

Azərbaycan Ukraynaya 380 ton humanitar yardım göndərib


Azerbaijan has sent 380 tons of humanitarian aid to Ukraine
Azerbaijan has sent 380 tons of humanitarian aid to Ukraine

Azərbaycan Ukraynaya humanitar yardımın növbəti partiyasını yola salıb. Humanitar yardım ümumi çəkisi 380 ton olan qida məhsullarından, dərman və tibbi ləvazimatlardan ibarətdir.

Humanitar yardımın yola salınması zaman hava limanına gələn Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib.

“Artıq iki həftədir Azərbaycan Ukraynaya müntəzəm olaraq humanitar yadımlar göndərir. Göndərilən yardımlar yüzlərlə insanı xilas edir. Azərbaycandan Ukraynaya hazırk; vəziyyətdə lazım olan tibbi avadanlıqlar, dərmanlar və qida məhsulları göndərilir. Azərbaycan və Ukrayna uzun illər həmrəylik nümayiş etdiriblər. Biz, sadəcə, strateji tərəfdaşlar deyilik, biz dost ölkələrik,” səfir qeyd edib.

Azerbaijan has sent 380 tons of humanitarian aid to Ukraine
Azerbaijan has sent 380 tons of humanitarian aid to Ukraine

Azərbaycan hökuməti bundan öncə də Ukrayanaya humanitar yardımlar göstərib.

Martın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ukraynanın müraciətinə əsasən, son 24 saat ərzində Azərbaycan 5 milyon 500 min avro məbləğində humanitar yardım olan dərman vasitələrini Polşa üzərindən Ukraynaya çatdırıb.

Bununla yanaşı, Azərbaycan vətəndaşları da könüllü olaraq öz vəsaitləri hesabına Ukraynaya yardımlar toplayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG