Accessibility links

Azərbaycanın zəlzələ bölgəsində 867 nəfər xilasedicisi və tibbi personalı işləyir


Azərbaycan zəlzələ bölgəsinə yardım göndərir
Azərbaycan zəlzələ bölgəsinə yardım göndərir

Azərbaycan Türkiyənin zəlzələ baş verən bölgəsinə fevralın 6-dan 17-dək 15 təyyarə və 350 yük avtomobili vasitəsilə humanitar yardımlar çatdırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycandan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 zəruri ləvazimatlar və məhsullar, 302 034 isti geyim, 12 505 ədəd qızdırıcı və texniki avadanlıq, 693 756 ədəd dərman və tibb ləvazimatlar göndərilib.

Azərbaycan könüllüləri Adıyamanda çadır düşərgəsi qurur (Rəsmi foto)
Azərbaycan könüllüləri Adıyamanda çadır düşərgəsi qurur (Rəsmi foto)

Bundan başqa, Azərbaycan qardaş ölkəyə kömək üçün 21 367 000 AZN maddi yardım ayırıb.

Eyni zamanda, təcili tibbi yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və rəsmi axtarış-xilasetmə maşınları pulsuz yanacaqla təmin edilib.

Azərbaycan Gənclər Fondunun məlumatına görə isə Türkiyəyə yollanan Azərbaycan könüllüləri Kahramanmaraş və Hataydan sonra Adıyamana da gedərək fəaliyyət zonasını genişləndirib, bu ərazilərdə yerli əhali, habelə həssas vəziyyətdəki uşaqlara dəstək üçün müxtəlif xidmətlər həyata keçirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG