Accessibility links

Azərbaycan Ukraynaya humanitar yardım göndərib, iki ölkənin prezidentləri telefonla danışıb


İlham Aliyev and Volodimir Zelenski
İlham Aliyev and Volodimir Zelenski

Fevralın 26-da Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub.

Bu barədə Vladimir Zelenski və İlham Əliyev Twitter hesablarında yazıb.

“Beynəlxalq tərəfdaşlarla danışıqları davam etdirirəm. Azərbaycan Prezidenti ilə söhbətim olub. Biz göstərilən humanitar yardımı və dərmanları yüksək qiymətləndiririk. Biz Ukraynaya dəstəyə görə minnətdarıq,” Zelenski yazıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Twitter hesabında da bildirilir ki, bu gün Ukrayna prezidenti Vladimir Zelenski ona zəng edib.

“Zelenski atəşkəsə nail olmaq, qarşıdurmanı siyasi müstəviyə çevirmək və Ukrayna xalqına dərman və tibbi ləvazimatların çatdırılması istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidentinə təşəkkür edib”, - Azərbaycan Prezidentinin Twitter səhifəsində deyilir.

XS
SM
MD
LG