Accessibility links

Azərbaycanlılar Vaşinqtonda etiraz aksiyası keçirib


Amerikanın Səsinin əldə etdiyi məlumata görə, ABŞ-dakı azərbaycanlı diaspora üzvləri Vaşinqtonda İran İslam Respublikasının maraqlarını təmsil edən oifis binasının önündə toplaşaraq mitinq keçirib. Onlar İranda hökumət tərəfindən azərbaycanlıların hüququnu müdafiə edən milli fəallara qarşı artan təzyiqləri pisləyiblər.

İran mənafeyini qoruma ofisinin qarşısında etiraz aksiyası keçirən azərbaycanlılar bəyanat yayaraq İran rejiminin son vaxtlar milli fəallara qarşı uzunmüddətli həbslərlə cəzalandırmasını qınayıblar.

Həmin bəyanatda İran hökümətinin digər etnik azlıqlara 2 və 3-cü sinif kimi yanaşdığı və onların insan haqlarının təmin edilmədiyi, təhsil sistemində, məhkəmədə, dövlət idarələrində və mediada türk dilinə qadağa qoyduğu qeyd edilib.

Həmin mitinqdə milli fəallar çıxış edərək İranda siyasi məhbusların dərhal azad buraxılmasını tələb ediblər. Aksiya keçirənlər İran hakimiyyətinin məhkəmə sistemi tərəfindən milli fəallara ağır həbs cəzalarına məhkum edilməsini qınayan şüarlar səsləndiriblər.

"Bu gün İrandakı Güney Azərbaycan türkləri adından İran faşist və aparteid rejimini barışçıl xalqımıza sərt rəftar etdiyi və İran həbsxanalarındakı fəallarımıza qarşı kobud rəftarına görə qınayırıq"- deyə, bəyanatda qeyd edilib.

Aksiyada iştirak edən fəallar bəyanat yayaraq, İran hakimiyyətindən siyasi məhbusların qeyd-şərtsiz sərbəst buraxmasını tələb ediblər.

Etirazçıar tərəfindən verilən bəyanatda İran azərbaycanının tanınmış siyasi məhbusları 9 il həbsə məhkum olan Dr. Lətif Həsənli və 15 il həbsə və 2 il sürgünə məhkum olmuş Abbas Lisaninin dərhal sərbəst buraxılması tələb olunub.

İran Azərbaycanında Qarabağa və Azərbaycan Respublikasına dəstək olaraq mitinq keçirən fəallar o cümlədən Yasəmin Zəfəri, Həkimə Əhmədi, Sədullah və Rəhim Sasani, Həmid Cakbbarlı, Məqsud Fəzli Ayrıca digər siyasi məhbuslar o cümlədən Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlının dərhal sərbəst buraxılması da mitinqdə tələb edilib.

Son zamanlar İran Azərbaycanında fəallara qarşı təzyiqlər artaraq ağır cəzalara məhkum edilmələri insan haqları müdafiə təşkilatlarının təpkisinə səbəb olmuşdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG