Accessibility links

Azərbaycan yaşayış məntəqələrinin atəşə tutulduğunu bildirir


Cəbhə xətti
Cəbhə xətti

Dekabrın 9-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın yaşayış məntəqələrini minaatanlardan və iriçaplı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu da təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən erməni döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistan rejiminin üzərinə düşəcək.

Mətbuat xidməti həmçinin dekabrın 9-da Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatını məhv etdiyini bildirir.

Erməni rəsmi mənbələri Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı məlumatlara münasibət bildirməyib. Ermənistan mediası dekabrın 8-də cəbhədə aldığı güllə yarasından ölmüş zabit Qarik Avanesiyanın öldürülməsi faktı ilə bağlı cinayət işi qaldırıldığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG