Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəsmisinə cavab verib


 Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev

“Şavarş Koçaryanın səsləndirdiyi son fikirlər rəsmi Yerevanı gülünc vəziyyətə qoyur”, deyə Azərbaycan XİN-in mətbuat katibi bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev Ermənistan XİN rəhbəri müavini Şavarş Koçaryanın Yerevanın Dağlıq Qarabağı tanıması ilə bağlı ifadələrini belə şərh edib.

Dünən Koçaryan Ermənistan Parlamentində çıxış edərkən “Ermənistanın Dağlıq Qarabağı de-yure tanımasının məqsədəuyğun olmadığını” bəyan edib, belə ki, Yerevan separatçı rejimi artıq “de-fakto” tanıyıb, onunla 100 müqavilə imzalayıb. Koçaryan növbəti dəfə Azərbaycanı “destruktiv mövqe tutmaqda” ittiham edib.

““Ağıllı” siyasəti sayəsində ölkəsini ağır və yoxsul vəziyyətə düşürən rəsmi Yerevanın başqa dövlətlərə, xüsusən də Azərbaycana dərs verməyə mənəvi haqqı yoxdur”, deyə Abdullayev qeyd edib.

“Görünür, Ermənistan tərəfi ATƏT MQ-yə ağıl vermək və öz fəaliyyətini hansı istiqamətə yönəltməli olduğu barədə göstəriş vermək hüququna malik olduğunu hesab edir. Düşünürəm ki, rəsmi Yerevan amneziyasını müalicə etməli və ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə başçılarının dəfələrlə öz bəyanatlarında mövcud status-kvonun qəbuledilməz olduğunu dəqiq və birmənalı şəkildə ifadə etdiklərini xatırlamalıdır. Bu, mahiyyətcə beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktının qəbul edilməsidir”, deyə AR XİN-in rəsmi nümayəndəsi qeyd edib.

Daha sonra Elman Abdullayev diqqəti ATƏT MQ-nin əsas vəzifəsinin təcavüz və hərbi işğalın nəticələrinin aradan qaldırılması məqsədilə beynəlxalq hüquq norma və prinsipləri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə kömək etmək olduğuna və Azərbaycanın bu prosesə sadiq olduğuna çəkib.

“Bundan başqa, Azərbaycan və Ermənistan prezidentləri 2008-ci ildə Moskva Bəyannaməsini imzalayıblar. Bu bəyannamədə də deyilir ki, münaqişə beynəlxalq hüquq prinsip və normaları, habelə beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və
sənədlər əsasında tənzimlənməlidir”, deyə Abdullayev qeyd edib.

“Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının beynəlxalq ictimaiyyət qəbuledilməz olduğunu başa düşən Ermənistan şüurlu şəkildə siyasi spekulyasiyalara əl atır və özünü aldatmaqla məşğuldur. Bu cür yanaşma sülh prosesinə və ATƏT MQ-nin fəaliyyətinə ziyan vurur.

İşğal edilmiş Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış əraziləridir və danışıqlar prosesinin əsasını Azərbaycanın ərazi bütövlüyünün və bu ərazilər üzərində suverenliyinin bərpasıdır”, deyə Elman Abdullayev fikrini tamamlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG