Accessibility links

Azərbaycan və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb


Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland
Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland

Parisdə, Yelisey sarayında Azərbaycan prezidenti İlham Əliyevin və Fransa prezidenti Fransua Ollandın görüşü olub.

Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland
Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. “Cənub” dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparılıb. Münaqişə ilə bağlı status-kvonun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb.

XS
SM
MD
LG