Accessibility links

Azərbaycan və İran sərhəddə yaranmış problemini müzakirə edib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın xarici işlər naziri Cavad Zərif ilə görüşüb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın xarici işlər naziri Cavad Zərif ilə görüşüb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində İranın xarici işlər naziri Cavad Zərif ilə görüşüb.

Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, Məmmədyarov İran ilə altılıq arasında Cenevrədə aparılan son danışıqların müsbət məcraya doğru yönəlməsinin Azərbaycan tərəfindən alqışlandığını bildirib.

Görüşdə ikitərəfli əsasda enerji, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunaraq, tezliklə hökumətlərarası birgə əməkdaşlıq komissiyanın iclasının keçirilməsi barəsində razılıq əldə olunub.

Sərhəddə yaranmış vəziyyət ilə əlaqədar tərəflər arasında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG