Accessibility links

Azərbaycan prezidentləri


Azərbaycanın gerbi
Azərbaycanın gerbi

Müstəqillikdən sonra 6 şəxs prezident olub və ya prezident səlahiyyətlərini icra edib

Oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkiləridir. Ölkənin müstəqillik qazandıqdan sonra prezidentlərini təqdim edirik.

Azərbaycan müstəqilliyini qazandıqdan sonra prezident və prezident səlahiyyətlərini icra edən 6 şəxs hakimiyyəti idarə edib.


İlk prezident Ayaz Mütəllibovdur. O 1990-cı il martın 6-da prezident vəzifəsinin icrasına başlayıb. Mütəllibov Sovet İttifaqı Kommunist Partiyasının namizədi kimi 1992-ci il martın 6-dək prezident olub. 1992-ci ilin fevralında Xocalı soyqırımından sonra kütləvi etiraz aksiyaları nəticəsində ölkədən qaçaraq Moskvaya gedib. Mütəllibov Sovet rejimi tərəfindən mayın 14-də yenidən Azərbaycan prezidenti (Kommunist Partiyası 1991-ci ilin sentyabrında özünü buraxdı və Mütəllibov bitərəf oldu) kreslosuna gətirilib və cəmi 4 gündən sonra mayın 18-də yenidən kütləvi etiraz aksiyalarına tab gətirməyərək ölkəni tərk edərək Moskvaya gedib. O 2012-ci ildə Bakıya qayıdıb və hazırda Azərbaycanda yaşayır.

Yaqub Məmmədov (bitərəf ) 1992-ci il martın 6-dan 1992-ci il mayın 14-dək Azərbaycan Ali Sovetin (parlament) sədri kimi Ayaz Mütəllibov Moskvaya getdikdən sonra Azərbaycan prezidentinin səlahiyyətlərinin icra edib. O hazırda Bakıda yaşayır. Tibb Universitetinin doktorudur.

İsa Qəmbər (Müsavat Partiyası) Azərbaycan Ali Sovetin sədri kimi 1992-ci il mayın 18-dən 1992-cil iyunun 17-dək Azərbaycan prezidentinin səlahiyyətlərini icra edib. O hazırda Bakıda yaşayır, Azərbaycanın aparıcı müxalifət partiyası Müsavat Partiyasının başqanıdır.

Əbülfəz Elçibəy (Azərbaycan Xalq Cəbhəsi) 1992-ci il iyunun 17-dən 1993-cü il sentyabrın 1-dək Azərbaycanın prezidenti olub. O 1993-cü il Gəncə şəhərində Surət Hüsenovun rəhbərliyi ilə baş verən qiyam nəticəsində iyunun 18-də Bakını tərk edərək Naxçıvana gedib. 1993-cü il avqustun 29-da Əbülfəz Elçibəyə etimadla bağlı referendum keçirilib.

Əbülfəz Elçibəy referendumun nəticələrini qəbul etməyib və prezidentlikdən istefa verməyib.

O 4 il 4 ay Naxçıvanda anadan olduğu Kələki kəndində qaldıqdan sonra 1997-ci ilin payızında Bakıya qayıdıb. Əbülfəz Elçibəy 2002-ci il avqustun 22-də vəfat edib.

Heydər Əliyev
(Yeni Azərbaycan Partiyası) 1993-cü il iyunun 24-dən 1993-cü il oktyabrın 31-dək Azərbaycan Ali Sovetinin sədri kimi prezident səlahiyyətlərini icra edib. O iki müddət, - 31 oktyabr 1993 - 11 oktyabr 1998 və 11 oktyabr 1998 - 31 oktyabr 2003-cü illərdə Azərbaycanın prezidenti olub. 2003-cü il dekabrın 12-də vəfat edib.

İlham Əliyev (Yeni Azərbaycan Partiyası) iki müddət Azərbaycanın prezidentidir. O 31 oktyabr 2003 -31 oktyabr 2008 və 31 oktyabr 2008-ci ildən indiyədək prezidentdir. Növbəti 2013-cü il 9 oktyabr prezident seçkilərində prezidentliyə namizəddir.
XS
SM
MD
LG