Accessibility links

Azərbaycan və Tacikistan əməkdaşlıq proqramı imzalayıb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistanın xarici işlər naziri Sirociddin Aslov
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistanın xarici işlər naziri Sirociddin Aslov

Proqram 2014-2015-ci illəri əhatə edir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Tacikistanın xarici işlər naziri Sirociddin Aslovu qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə görüşdə Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dinamik surətdə inkişaf etdiyi qeyd olunub.

Nazir Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllində nümayiş etdirdiyi mövqeyinə görə Tacikistan tərəfinə təşəkkür edib.

Sirociddin Aslov iki ölkə arasında siyasi, iqtisadi, dağ-mədən sənayesi, sərmayələr, nəqliyyat, təhsil və təlim sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıldığını və iki ölkənin malik olduğu potensiala uyğun olaraq, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyini vurğulayıb.

Görüş əsnasında rəsmi səviyyədə təmasların və qarşılıqlı səfərlərin davam etdirilməsi barəsində razılıq ifadə olunub.
Görüşün sonunda Elmar Məmmədyarov və Sirociddin Aslov “Azərbaycan Xarici İşlər Nazirliyi və Tacikistan Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq proqramı”nı imzalayıb.
XS
SM
MD
LG