Accessibility links

Azərbaycan və Türkiyə hərbi əlaqələrin perspektivlərini müzakirə edib


Mayın 5-də müdafiə naziri Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Jandarma Qüvvələrinin baş komandanı Qalip Mendi ilə görüşüb.

Həsənov regiondakı hərbi-siyasi vəziyyət barədə ətraflı məlumat verib, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

Müdafiə naziri fəaliyyətlərin dövlət başçılarının dəstəyi, hərbi qurumlar arasında razılığa və təsdiq olunmuş illik əməkdaşlıq planlarına əsasən sürətlə davam etdirilərək daha da genişləndiriləcəyini vurğulayıb.

Q.Mendi Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu xüsusi qeyd edib.

Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin perspektivləri, hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG