Accessibility links

Ukraynada həlak olan 5 nəfər mülki Azərbaycan vətəndaşının nəşi ölkəyə gətirilir


Azərbaycan xarici işlər nazirliyi
Azərbaycan xarici işlər nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynada həlak olan 5 nəfər mülki vətəndaşın nəşinin ölkəyə gətirilməsi barədə məlumat yayıb.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Ukraynadakı vəziyyətlə əlaqədar həlak olan 5 Azərbaycan vətəndaşının, o cümlədən Odessadan Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan və Kuçurqan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan açılan atəş nəticəsində dünyasını dəyişən Nemət İsmayılov, Rəhim İsmayılov, Azər Əlizadə, Camal Salmanov, habelə Xarkovda açılmış atəş nəticəsində həlak olan Qoşqar Məmmədovun nəşi martın 14-də Moldovanın Kişineu şəhərindən xüsusi maşınlarla Rumıniya və Bolqarıstan ərazisindən keçməklə Türkiyəyə, oradan isə təyyarə ilə Azərbaycana yola salınıb.

“Həlak olan vətəndaşların cəsədləri bu gün, martın 15-də Azərbaycan hava yollarının İstanbul-Bakı reysi ilə vətənə gətirilərək yaxınlarına təhvil veriləcək,” o qeyd edib.

Ukraynada nə qədər Azərbaycan vətəndaşının olduğu rəsmən açıqlanmayıb.

Azərbaycanlıların Ukraynadakı diaspor təşkilatlarının rəsmi təsdiqini tapmamış məlumatlarına görə, bu ölkədə beş yüz mindən çox azərbaycanlı yaşayır.

Vətəndaşların vizasız gediş-gəlişi barədə Ukrayna Nazirlər Kabineti və Azərbaycan Hökuməti arasında 14 fevral 2002-ci ildə Kyivdə imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan vətəndaşları daimi yaşama yerlərindən asılı olmayaraq, Ukraynada olma və ölkədə qeydiyyatla bağlı qüvvədə olan qanunvericiliyə əməl etməklə Ukraynaya vizasız daxil olmaq, tranzit, çıxış və qalma hüququna malikdirlər.

Azərbaycan vətəndaşları 180 gün müddətində Ukrayna ərazisində vizasız qala bilər.

Xarici İşlər Nazirliyinin məlumatına görə, martın 14-dək Ukraynadan qonşu ölkələrə keçən 7500 nəfər Azərbaycan vətəndaşı çarter reysləri ilə Bakıya gətirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG