Accessibility links

Senzura indeksi: Azərbaycanın parlaq üst qatı altında qaranlıqlar yatır


Bu il Bakıda İnternet İdarəçiliyi Forumu Bakıda təşkil ediləcək. Noyabr ayının 6-dan 9-dək davam edəcək tədbir Əliyev hökumətinə neftlə zəngin Azərbaycanı modern və beynəlxalq korporasiyalar üçün investment məkanı kimi nümayiş etdirməsinə daha bir imkan yaradacaq.

“Xindeks-Senzura indeksi” təşkilatının bildirdiyinə görə, Azərbaycanın parlaq üst qatı altında qaranlıqlar yatır. Bu ölkə demokratiyadan hələ çox uzaqdır. Jurnalistlər və vətəndaş cəmiyyəti fəalları təqib və təzyiqlərin hədəfidir.

Vətəndaşların müstəqil, tənqidi səsləri boğulmaqdadır. Hökumət siyasəti və hökumətdə korrupsiya, prezidentin ailəsinin biznes maraqlarını tənqid edən müstəqil araşdırmaçı jurnalistlər və vətəndaş cəmiyyəti fəallarının həyatını çətinləşdirir.

Bunlara Fərəməz Novruzoğlu, Araz Quliyev, İdrak Abbasov, Hilal Məmmədov, Xədicə İsmayılova kimi jurnalistlər, Adnan Hacızadə və Emin Milli kimi blogerlər daxildir.

Azərbaycanda müstəqil media hədə-qorxular, zorakılıqlar, həbslər və cərimələrlə üzləşir. Ölkədə BBC, Amerikanın səsi, Azadlıq kimi xəbər xidmətlərinin yayımları yasaqlanıb.

2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsindən bəri Azərbaycan ifadə azadlığı və demokratiyaya düşmən bir məkana çevrilib.
XS
SM
MD
LG