Accessibility links

Azərbaycan ərzaq məhsullarına ən çox pul xərclənən ölkələr arasındadır


Dünya İqtisadi Forumunun verdiyi məlumata görə, dünyanın doqquz ölkəsində ailə gəlirlərinin 40 faizindən çoxu ərzaq məhsullarına sərf edilir. Bu ölkələr arasında Azərbaycan və Qazaxıstan da göstərilir.

Dünyada yalnız səkkiz ölkədə ailə gəlirlərinin 10 faizindən az hissəsi ərzaq məhsullarına xərclənir. Bu ölkələrin dördü Avropadadır. Bunlar Britaniya (8.2%), İsveçrə (8.7%). İrlandiya (9.6%) və Avstriyadır (9.9%).

Dünya ölkələrində ev şəraitində ərzaq məhsullarına sərf edilmiş istehlak xərclərinin göstərildiyi xəritə
Dünya ölkələrində ev şəraitində ərzaq məhsullarına sərf edilmiş istehlak xərclərinin göstərildiyi xəritə

Birləşmiş Ştatların Kənd Təsərrüfatı Departamentinin verdiyi məlumata görə, amerikalılar ailə gəlirlərinin 6.4 faizini ərzaq məhsullarına sərf edir. ABŞ Sinqapur (6.7%), Kanada (9.1%) və Avstraliya (9.9%) ilə ailə gəlirlərinin 10 faizdən az hissəsinin ərzaq məhsullarına sərf edildiyi daha dörd ölkə arasındadır.

Ailə gəlirlərinin ərzaq məhsullarına ən az sərf edildiyi ölkələr
Ailə gəlirlərinin ərzaq məhsullarına ən az sərf edildiyi ölkələr

Dünya İqtisadi Forumunun xəritəsində göstərilir ki, ölkə nə qədər inkişaf etmiş olsa, ailə gəlirlərinin daha az hissəsi ərzaq məhsullarına xərclənir.

Nigeriya ailə gəlirlərinin 40 faizindən çox hissəsinin ərzaq məhsullarına xərcləndiyi dünya ölkələri arasında birinci yerdədir. Ölkə əhalisi gəlirlərinin yarıdan çoxunu- 56.4 faizini ərzaqa sərf edir. Nigeriya ilə yanaşı Afrikanın daha dörd ölkəsi-Keniya (46.7%), Kamerun (45.6%) və Əlcəzair (42.5%) bu kateqoriyada göstərilir.

Ailə gəlirlərinin ərzaq məhsullarına ən çox sərf edildiyi ölkələr
Ailə gəlirlərinin ərzaq məhsullarına ən çox sərf edildiyi ölkələr

Ərzaq məhsullarına ən çox vəsait xərclənən daha dörd ölkə isə Asiyadadır. Bunlar Qazaxıstan (43.0%), Filippin (41.9%), Pakistan (40.9%) və Azərbaycandır (40.1%).

Cənubi Amerikada ailə gəlirlərinin 40 faizindən çoxunun ərzaq məhsullarına sərf edilən yeganə ölkə 40.6 faizlə Qvatemaladır.

Dünya İqtisadi Forumu bildirir ki, bu göstəricilər ərzaq məhsullarının Nigeriyada ABŞ-dan daha baha olması ilə izah edilmir. Amerikalı bir ildə orta hesabla ərzaq məhsullarına 2 min 392 dollar xərclədiyi halda, nigeriyalının sərf etdiyi vəsait bunun yarısını-1132 dollar təşkil edir. Keniya vətəndaşı ərzaq məhsullarına orta hesabla 543 dollar pul xərcləyir.

Dünya İqtisadi Forumu bunun əsas səbəbinin ölkə daxilində iqtisadi qeyri-bərabərliklə izah edir.

Birləşmiş Ştatlarda son 25 ildə yoxsul ailələrinin 20 faizi ərzaq məhsullarına 28.8 faizlə 42.6 faiz sərf etdiyi halda, ən zəngin ailələrin 20 faizi gəlirlərinin yalnız 6.5 faizdən 9.2 faizinə qədərini ərzağa xərcləyir.

XS
SM
MD
LG