Accessibility links

Azərbaycan Avropa Oyunlarında beş qızıl medal qazanıb


Bakıda keçirilən Birinci Avropa Oyunlarında 84 kiloqramda Azərbaycan karateçisi Ayxan Mamayev fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Onun finalda rəqibi yunanıstanlı Mixail Giorgios Tzanos olub. Qarşılaşma 1-1 hesabı ilə başa çatsa da hakimlər qızıl medalı Azərbaycan karateçisinə veriblər.

Bununla da Azərbaycan idmançılarının medallarının sayı 11-ə çatıb; 5 qızıl, 1 gümüş, 5 bürünc.

Azərbaycan 11 medalla hələki reytinqdə birincidir.

XS
SM
MD
LG