Cümə axşamı Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ABŞ-da yenicə fəaliyyətə başlamış nümayəndəliyi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 21-ci ildönümünü rəsmi ziyafətlə bayram etdi.
Tədbirdə Vaşinqtonda yaşayan çoxsaylı azərbaycanlı diaspora nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları və xarici qonaqlar iştirak etdilər.
Qonaqları açılış nitqi ilə salamlayan ARDNŞ-nin nümayəndəsi bayram təbriklərini çatdırdıqdan sonra şirkətin fəaliyyət istiqamətləri barədə qısa məlumat verdi.
Daha sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış etdi. Səfir Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 21-ci ildönümü münasibəti ilə diaspor nümayəndələrini və gələn qonaqları bir daha təbrik edərək, müstəqilliyini qazanandan bəri qısa zaman kəsiyində Azərbaycanın əldə etdiyi uğurları vurğuladı.
Tədbir Azərbaycandan gələn incəsənət nümayəndələrinin ifasında musiqi parçaları ilə davam etdi.